Elşən Həsənov: “Həsənlinin xarici qüvvələrə işləməsi tam aydın oldu”
Tarix: 17.10.2013 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Radikal müxalifətin toplaşdığı “milli şura”nın əsas “qəhrəman”ı Cəmil Həsənlinin prezident seçkilərindən sonra xarici ölkələrə üz tutması təsadüfi sayılmamalıdır. Seçki marafonundakı çıxışlarında və debatlarda səsləndirdiyi fikirlər və yersiz ittihamların müəllifinin özü olmaması barədə dəfələrlə bildirirdik.
Siyasi şərhçilər onu da qeyd edirdilər ki, xarici qüvvələr tərəfindən idarə olunan bu şəxsin və təmsil etdiyi “milli şura”nın siyasi yolu uzun çəkməyəcək. Xaricdəki havadarlarına “hesabat” verməyə gedən Cəmil Həsənli özü də artıq anlamalıdır ki, siyasi proseslərdə uğur qazanmaq üçün əsas amil xaricdən gələn təsirə deyil, xalqın sözünə və gücünə bağlıdır. Xalq isə bir daha radikallara arxa olmadığını göstərmiş oldu. 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycan tərəfi ilə görüşlərdə bir sıra ölkələrin rəsmiləri də Prezident İlham Əliyevin alternativsiz olduğu, yüksək reytinqə malik olması və dövlət başçısının geniş sosial-iqtisadi proqramları həyata keçirməsi nəticəsində əhalinin bütün təbəqələri tərəfindən dəstəkləndiyini deyirdilər.
Məlum oldu ki, müxalifətin namizədinin az səs toplayacağına əmin olan xarici qüvvələr, o cümlədən ABŞ-dakı bəzi dairələr ona yüksək səs faizinin yazılmasını təklif edirlərmiş.
Necə ki, Azərbaycanda oxumayan tələbələri imtahanlarda tapşırırlar, Cəmil Həsənli də dərs dediyi tələbələri kimi “tapşırıqla” səs toplamağa ümid bəsləyirdi. Yaxşı qiymət alması üçün “tapşırığa” bel bağlayan tələbələr kimi eyni halla üzləşəcəyini gözləyən tarix müəllimi istədiyi və gözlədiyi səs faizinin adına yazılmasını yuxusunda görmüş oldu.
Burada daha bir diqqət çəkən məqam isə özgə vaxtı, millət, vətən, milli-mənəvi dəyərlərdən dəm vuran radikalların bunun əksinə olaraq istənilən an ölkənin maraqlarını xarici qüvvələrə satmağa hazır olduqlarını göstərmələridir. Cəmil Həsənli seçki müddətindəki çıxışlarında da səmimi görünmürdü. Onun seçkidən sonra keçirdiyi xarici qüvvələrlə görüşünün arxasında hansı məqamların dayandığını təxmin etmək isə çətin deyil.
Azərbaycan Sosialist Partiyasının(ASP) sədri Elşən Həsənov “Palitra”ya verdyi açıqlamada Azərbaycanla bağlı həssas bir məqamın yarandığı bir vaxtda siyasətçilərin davranışlarında diqqətli olmalarını vacib amil saydı. O, radikalların hər vəchlə xarici amillərdən yararlanmaq istəmələrini də təbii hal saydı. Elşən Həsənov deyir ki, Cəmil Həsənli kimi bir şəxsin xarici qüvvələrin əsirinə çevrilməsi haqqında səslənən fikirlər müəyyən mənada həqiqətə uyğundur: “İstisna edilə bilməz ki, o, xarici qüvvələrə işləyirmiş. Öncə hadisələrin əvvəlinə nəzər salmaq istərdim. Əgər bir binanın özülü düzgün qoyulmazsa, təbii ki, o, haçansa uçulma təhlükəsi ilə üz-üzə qalacaq. “Milli şura” kimi bir müəmmalı birliyin yaradılma xronologiyasına nəzər salsaq, seçkilərdən sonra hadisələrin necə, hansı istiqamət üzrə hərəkət etdiyini asanlıqla görə bilərik. Bu da bütün mənzərəni dəyərləndirməyə imkan verər. Hakimiyyətlə şəxsi ambisiyaları və umu-küsülərini siyasi müstəviyə çıxararaq onu tənqid atəşinə tutan Rüstəm İbrahimbəyov kimi siyasətçi olmayan avantüristin arxasınca getmək ən böyük səhv sayıla bilərdi. Bu da azmış kimi sonradan özlərinə yeni adda ider - Cəmil Həsənlini tapıb meydana atmaq da yanlış addım oldu. Bundan başqa qurumun tərkibinə nəzər salsaq, orada bir-birinə əks qütblərdə dayanmış qüvvələrin bir masa arxasında oturmalarına təəccüblə baxmalı olursan. Burada həm Qərbə meyilli, həm də Rusiyaya yaxın siyasətçilər toplaşmışdı ki, bu da özlüyündə anormal vəziyyət yaratmışdı. Faktiki olaraq uzun illər boyu didişmə vəziyyətində olan qüvvələrin “miili şura” adlı qurumda birləşərək mövcud olan hakimiyyəti hakimiyyətdən kənarlaşdırmaq istəyi Azərbaycanda qarşıdurma yaratmaq istəyindən savayı bir şey deyil. Müxtəlif maliyyə mənbələrindən qaynaqlanan, müxtəlif ideyalara qulluq edən və istiqamətləndirilən qüvvələrin istəyi yalnız bundan ibarət ola bilər. “Milli şura” kimi cəlbedici bir ideyanı avantürist ideyaya çevirən müxalifətin artıq siyasi səhnədən getməsi labüddür. Bu qurum daxilində baş verənlər, seçkilərdəki uğursuz nəticələr insanların artıq bundan sonra müxalifətə olan inamını daha da sarsıtdı ki, bu da gələcəkdə xoşa gəlməyən, bəlkə də fəlakətli nəticələrə gətirib çıxara bilər. Ümumilikdə isə hansısa siyasi liderin xaricə bağlı olması çox təhlükəli amildir. Ümid edirəm ki, bu təhlükə qısa zaman ərzində öz-özünə sovrulacaq.”
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info