Dövlət Müstəqilliyi Günü qeyd olundu
Tarix: 17.10.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konfrans keçirildi. Konfransda əvvəlcə Azərbaycan xalqının milli müstəqillik uğrunda qurban verdiyi şəhidlərin xatirəsi ehtiramla yad edildi.
Konfransı giriş sözü ilə açan rektor, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov Azərbaycan xalqının milli müstəqillik uğrunda çoxəsrlik mübarizəsindən bəhs etdi. Qeyd olundu ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında mühüm tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa edildi. 1993-cü ildə ölkədə siyasi çəkişmələr, vətəndaş qarşıdurması, milli iğtişaşlar gücləndiyi bir dövrdə yenidən siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev siyasi sabitlik və həmrəyliyi bərqərar etməklə Azərbaycanı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Rektor vurğuladı ki, Azərbaycan xalqı İlham Əliyevi yenidən Prezident seçməklə bir daha Heydər Əliyev ideyalarına sədaqət və milli birlik nümayiş etdirdi, müstəqil Azərbaycanın firavan gələcəyinə səs vermiş oldu. Konfransda universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədovun “Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi”, İqtisad fakültəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadənin “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində”, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynovun “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” mövzusunda məruzələri dinlənildi. Məruzələrdə dünya şöhrətli siyasətçi Heydər Əliyevin XX əsrin sonlarında ölkədə siyasi sabitliyin yaradılması, iqtisadi, siyasi dirçəliş, beynəlxalq əlaqələrin inkişafındakı əvəzsiz xidmətlərindən, Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilməsidən, iqtisadi artım tempinə görə nəinki regionda, həm də dünyada lider mövqeyə çatmasından, Naxçıvandan başlayan milli qurtuluş hərəkatından, ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Azərbaycan xalqının ictimai-siyasi həyatında, tarixi müqəddəratında mühüm əhəmiyyət kəsb edən siyasi qərarlar qəbul etməsindən, Prezident İlham Əliyevin müstəqil Azərbaycanın tərəqqisinə, dünya siyasət arenasında layiqli nüfuz qazanmasına xidmət edən uğurlu siyasətindən bəhs olundu.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info