Bakıda “Mall“arın yeni iş qaydası: Bu şəxslərin girişi qadağandır
Tarix: 02.06.2020 | Saat: 13:55:00 | E-mail | Çapa göndər


Fəaliyyəti bərpa olunan "mall"ara maska və əlcəksiz daxil olmaq qadağandır.
Trend yenidən fəaliyyətləri bərpa olunan iri ticarət mərkəzləri ilə əlaqə salxayaraq onların hansı qaydalarda işləmələri barədə maraqlanıb. Bakıda olan bir neçə alış-veriş mərkəzləri Nazirlər Kabinetinin göstərişlərinə əməl edərək işlədiklərini bildiriblər.
“Gənclik Mall” və “28 Mall”-dan qeyd olunub ki, maska və əlcəklərdən istifadə etməyən şəxslərin ticarət mərkəzlərinə girişi qadağandır:
““Mall”-ların hər bir girişi mühafizə xidmətləri tərəfindən nəzarətdədir. İçəri daxil olarkən hökmən vətəndaşın əlində əlcək, üzündə isə maska olmalıdır. Ticarət mərkəzindən olan bütün icarədarlara yazılı şəkildə bildirişlər olunub. Bildirişdə qeyd olunub ki, heyyət maska və əlcəklərdən istifadə etsin. “Mall”arda audi və video şüarlar səsləndirilir, davranış qaydaları və gigiyenaya nəzarət edilməsi bildirilir”.

Əlavə olunub ki, əgər mall-arın mühafizə xidmətinin əməkdaşları daxildə maskasız şəxs aşkar edərlərlərsə, onlardan yenidən taxmaları tələb olunacaq.

Park Bulvar alış veriş mərkəzində də maska və əlcəksiz içəri daxil olmaq olmaz, “mall”ın həftədə bir dəfə pəşakar şirkət tərəfindən ümumi dezinfeksiya olunacağı deyilir:

“Ticarət mərkzi 31 may tarixindən fəaliyyətə başlayıb. Cinema, uşaq əyləncə mərkəzləri, kafe və restoranlardan başqa digər obyektlər işlək vəziyyətdədirlər. Girişlərdə və o cümlədən mağazalarda əlləri dezinfeksiya etmək üçün aparatlar quraşdırılıb. Ticarət mərkəzi hər gün əməkdaşlarımız tərəfindən dezinfeksiya olunur. Ancaq həfətədə bir dəfə də, peşəkar dezinfeksiya edici şirkət tərəfindən bu işlər görüləcək. Müştərilərə məsafənin qorunması ilə bağlı xəbərdarlıqlar olunur, “mall”-un içərisində davranış qaydaları barədə anonslar səsləndirilir. İnsanların daha çox olduqları ərazilərdə afişalar asılıb və orada da virusun qarşısına almaq üçün nələrə əməl etməyimiz tələb olunur gəstərilib”.

Metro Park ticarət mərkəzi isə sosial məsafə və davranış qaydalarına əsasən yarı heyyətlə fəaliyyət göstərir:

“Nazirlər Kabinetinin qərarında göstərildiyi kimi, müştərilər ticarət mərkəzlərinə maskasız daxil ola bilməzlər. Buna görə də, girişdə mühafizə xidmətinin əməkdaşları bu qaydalara riyayət edilməsi üçün nəzarət edirlər. Eyni zamanda “mall”un girişində insanları hərarətini yoxlamaq üçün elektron istilik ölçən və dezinfeksiya edici məhlular quraşdırılıb. Bundan əlavə qeyri iş saatlarından “mall” tam olaraq dezinfeksiya olunur. Ticarət mərkəzinin daxilində davranış qayları və gigiyenaya nəzarət qaydaları barədə afişalar asılıb, manitorlarda reklamlar dayandırılıb, yalnız pandemiya ilə əlaqədar şüarlar səsləndirilir”.




 
Bölməyə aid digər xəbərlər
01.07.2020
Sabahdan Bakıdakı polis postları ləğv edilir
01.07.2020
Qurban bayramında 4 gün iş olmayacaq
01.07.2020
Son 6 ayda 3908 əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib
01.07.2020
İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək
01.07.2020
Azərbaycançılıq ideyası dünya azərbaycanlıları arasında təbliğ olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açılıb
2 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
3 Moskvada Qələbə paradı necə keçdi-VIDEO
4 Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
5 “Koronavirus İkinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük təhdiddir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info