Jitomirdəki soydaşlarımız xeyriyyə aksiyası keçirib
Tarix: 02.06.2020 | Saat: 14:22:00 | E-mail | Çapa göndər


Rac Qasımov: Dünya üçün belə bir ağır pandemiya dövründə evsiz qalanları unutmamaq lazımdır”

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyi mütəmadi olaraq bu ölkənin şərqindəki immiqrantlara, uşaq evlərinə, internat məktəblərinə köməklik göstərir. UABD-nın Jitomir regional nümayəndəliyinin sədri Rac Qasımovun rəhbərliyi ilə 28 May - Azərbaycanın Respublika Günü və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Korostışevdə "Teterev" sanatoriyasında yaşayan qaçqınlara xeyriyyəçilik yardımı edilib. Bu haqda UABD-nın Jitomir regional nümayəndəliyinin sədri Rac Qasımov “Palitra”ya məlumat verib. O deyib ki, bir neçə istiqamətdə xeyriyyə yardımları edirlər və bu, onların fəaliyyətin ayrılmaz hissəsinə çevrilib: “28 May - Azərbaycanın Respublikas Günü münasibətilə Jitomirdəki "Teterev" sanatoriyasında məskunlaşan 30 ailəyə xeyriyyə yardımı göndərildi. Axı, bütün dünya üçün belə bir ağır pandemiya dövründə evsiz qalanları unutmamaq lazımdır.
Həmçinin 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə insanlara lazımi ərzaq məhsulları (quzu, taxıl, bitki yağı, çay, şəkər) çatdırıldı. 40 uşağa bayram əhval-ruhiyyəsi yaratmaq üçün şirniyyat, meyvə və şirin içkilər göndərildi. Axı, uşaqlar həyatımızda ən vacib varlıqdır! İstəyirəm ki, hər bir uşaq özünü təhlükəsiz, şən, sevilən və sonsuz xoşbəxt hiss etsin”.
Xatırladaq ki, Rac Qasımovun fəaliyyəti yalnız Azərbaycan diasporu üçün deyil, eyni zamanda hər bir Ukrayna vətəndaşı üçün nümunədir. Çünki bundan əvvəl də Rac Qasımovun təşəbbüs və təşkilatçılığı ilə Jitomirdə keçirilən xeyriyyə aksiyalarında Azərbaycan diasporu aktiv iştirak edib. Artıq Korostışevdə "Teterev" sanatoriyasındakı Ukraynanın şərqindən gələn qaçqınlara xeyriyyəçilik yardımı, 6 ildir davam edir. Yardım zamanı qaçqınlar bütün yeməklər və geyimlər, bütün milli bayramlar üçün şirniyyat, məktəb ləvazimatları ilə təmin edilir. Jitomir vilayətinin Rujinskiy rayonunun ərazisindəki qaçqınların çətin vəziyyəti də Rac Qasımovun diqqətini çəkib. Azərbaycan diasporunun nümayəndələri olaraq ilk yardımı onlara UABD-nın Jitomir regional nümayəndəliyi tərəfindən edilib. Belə ki, Rac Qasımov tərəfindən onlara soyuducular, televizorlar, qaz sobası, qidalar və s. verilib. Həmçinin qaçqınlara hüquqi yardımlar edilib.

UABD-nın Jitomir regional nümayəndəliyi daima əsasən, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün köməklik edir. Yardım zamanı dərman, qida, oyuncaq, şirniyyat və meyvələr verilir.
Uşaqlara xeyriyyə yardımı ilə yanaşı, UABD-nın Jitomir regional nümayəndəliyi olaraq hərbi qulluqçulara da dəfələrlə kömək edilib. UABD-nın Jitomir regional nümayəndəliyi bununla Ukraynanın bütövlüyü və müstəqilliyini qorumaq, həyatlarını təhlükə altına alan hər kəsə dəstək və hörmət nümayiş etdirir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Rusiyada koronavirusa yoluxanların sayı 660 min nəfəri keçib
02.07.2020
İtaliya jurnalı Ermənistandakı acınacaqlı daxili siyasi vəziyyətdən yazır
01.07.2020
Ermənistan fövqəladə vəziyyət rejimini yenidən uzatmaq niyyətindədir
01.07.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 26 min nəfəri keçib
01.07.2020
Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açılıb
2 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
3 Moskvada Qələbə paradı necə keçdi-VIDEO
4 Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
5 “Koronavirus İkinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük təhdiddir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info