“TM News” saytı: “ATƏT DTİHB-nin rəyi tamamilə səhv və düşmənçilik ruhundadır”
Tarix: 17.10.2013 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


Pino Arlakki: “Azərbaycanda prezident
seçkiləri İlham Əliyevin inamlı qələbəsi ilə başa çatıb, seçkilər dinc keçib, seçicilərə təzyiq göstərilməyib”


“TM News” saytında “Azərbaycan. Avropa Parlamentindən və ATƏT-dən olan müşahidəçilər arasında fikir ayrılığı” sərlövhəli məqalə dərc edilib. “Azərbaycanda bütün seçki prosesi barəsində Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə Avropa Parlamenti arasında ciddi fikir ayrılıqları var.

DTİHB öz rəyini əsaslı şəkildə yenidən nəzərdən keçirməlidir. Bizim bu barədə fikirlərimiz bir-birinə tamam ziddir” - bu sözləri Azərbaycanda prezident seçkilərində Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Pino Arlakki deyib. Nümayəndə heyətinin rəhbəri sözünə davam edərək vurğulayıb: “Bizim müşahidəçilər dələduzluq adlandırıla biləcək heç bir ciddi hadisə aşkar etməyiblər. Prezident seçkiləri çox sakit şəraitdə keçib, Avropa standartlarına uyğun olaraq yaxşı təşkil edilib”. Avropa Parlamentinin üzvü qeyd edib ki, o və Brüsseldən gələn digər müşahidəçilər bütövlükdə seçki prosesini deyil, səsvermədən əvvəlki son bir neçə gündə və seçki günündə baş verən hadisələri izləyiblər. Onun sözlərinə görə, mətbuat azadlığı sarıdan bəzi məhdudiyyətlər var, lakin ölkədə başlanmış müsbət prosesləri lazımınca qiymətləndirməmək olmaz: “Biz Azərbaycanı irəlilətməliyik. Hətta baş verən hadisələri kəskin tənqid edəndə də ölkəni demokratiyaya istiqamətləndirmək lazımdır. Əgər yalnız tənqid etsək, əks nəticə alarıq.
Bizim fikrimizcə, Azərbaycan elə bir ölkədir ki, onun demokratik təsisatlarını yaxşılaşdırmaq üçün ona kömək və dəstək göstərilməlidir. Əlbəttə, Azərbaycan demokratiyası inkişaf etmiş Avropa demokratiyası ilə müqayisə edilə bilməz, lakin düzgün istiqamətdə tərəqqi olduğunu görməyə bilmərik. Əlbəttə məhdudiyyətləri də görürük”. P.Arlakki və onun Avropa Parlamenti tərəfindən seçilmiş həmkarları bildirirlər ki, məruzə tamamilə səhv və düşmənçilik ruhundadır: “Biz Azərbaycanla Assosiasiya haqqında saziş imzalamaq niyyətindəyik. Bundan əlavə, strateji tərəfdaşlığın inkişaf etdirən bəzi layihələr də var. Seçicilər 80 faizindən çox səslə İlham Əliyevi üçüncü müddətə prezident təsdiq edib.
Azərbaycanda prezident seçkiləri İlham Əliyevin inamlı qələbəsi ilə başa çatıb, seçkilər dinc keçib. Seçicilərə təzyiq göstərilməyib”. Missiya başa çatandan sonra dərc edilmiş bəyanatda AŞPA-nın və Avropa Parlamentinin müşahidəçiləri seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini təsdiq edir, dünənki seçkilərin dinc şəraitdə keçməsini vurğulayırlar. Seçkilərə texniki hazırlıq səviyyəsi də yaxşı qiymətləndirilib. “Biz buraya dərs verməyə yox, seçkiləri müşahidə etməyə gəlmişik. Biz gördük ki, seçkilər sakit şəraitdə keçib” - deyən P.Arlakki belə davam edib: “Biz seçicilərə təzyiq göstərilməsi hallarını görmədik”.
Lakin P.Arlakki onu da qeyd edib ki, əsas azadlıqlar istiqamətində tərəqqi davam etdirilməlidir. AŞPA - Avropa Parlamenti missiyasının müşahidəçilərinin yekun məruzəsi yaxın həftələrdə təqdim ediləcək.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb
19.10.2019
Əli Həsənov: Radikal müxalifətin ikinci oktyabr iflası
19.10.2019
Barselonada gərgin vəziyyət davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info