Azərbaycanın və Rusiyanın ticarət nümayəndələrinin onlayn görüşü keçirilib
Tarix: 02.06.2020 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes-klubunun təşəbbüsü ilə Azərbaycanın və Rusiyanın müxtəlif ölkələrdə yerləşən ticarət nümayəndələrinin onlayn görüşü təşkil olunub.
Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın RF-dəki ticarət nümayəndəsi Ruslan Əliyev, Rusiyanın Almaniyadakı ticarət nümayəndəsi Andrey Sobolev və RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov öz çıxışlarında ictimai birliklərin və biznesin qarşılıqlı fəaliyyətindən söhbət açıblar. Rusiyanın Macarıstandakı ticarət nümayəndəsi Pavel İlyinak səmərəli əməkdaşlığın qurulmasında biznesə yardım mövzusuna toxunub, işgüzar əlaqələrin formalaşdırılması üçün zəruri vasitələr barədə danışıb. Müzakirələrdə Azərbaycanın Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak edib.

Xarici iqtisadi fəaliyyətdə biznes maraqlarının təmsil olunmasında ticarət nümayəndəliklərinin rolunu Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev və Azərbaycanın Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəsi Nemət Nağdəliyev işıqlandırıblar. RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov biznesin maraqlarının qorunması üzrə hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyət təcrübəsini bölüşüb.
Görüşün yekunlarına görə belə formatda görüşlərin davam etdirilməsi qərara alınıb.




 
Bölməyə aid digər xəbərlər
01.07.2020
“AzerGold” ötən ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib
01.07.2020
COVİD-19-dan sığortalanmaq mümkündürmü?
01.07.2020
Azərbaycanda siqaret bahalaşıb
01.07.2020
“Aİ 95“ premium markalı benzinin qiyməti bahalaşır?
30.06.2020
“Smart card reader”lər təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açılıb
2 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
3 Moskvada Qələbə paradı necə keçdi-VIDEO
4 Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
5 “Koronavirus İkinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük təhdiddir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info