Lütfi Zadə: “İlham Əliyevin rəhbərliyi altında Azərbaycan inanılmaz dərəcədə inkişaf edib”
Tarix: 17.10.2013 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Yumşaq hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru, ABŞ-ın Berkli Universitetinin professoru Lütfi Zadə Azərbaycan Pezidentini təbrik edib:

“Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
2003-cü ildən bəri Sizin uğurlu və uzaqgörən rəhbərliyiniz altında Azərbaycan inanılmaz dərəcədə inkişaf edib, xalqın isə firavan, əmin-aman həyatı daha da möhkəmlənmişdir.
Sizin enerji, nəqliyyat, mədəniyyət, informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirdiyiniz uzaqgörən, müdrik daxili və xarici siyasətiniz Azərbaycana beynəlxalq nüfuz və şöhrət qazandırıb. Azərbaycan regionda mühüm rol oynayan modelə çevrilib. Azərbaycan xalqı Sizin kimi lideri olduğu üçün çox şanslıdır”. Qeyd edək ki, Sloveniya və Moldova dövlət başçıları, 2002-2012-ci illərdə Bolqarıstanın Prezidenti olmuş Georgi Pırvanov, Bolqarıstanın Baş naziri Plamen Oreşerski, Macarıstanın Baş naziri Viktor Orban, bütün Gürcüstanın katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda və Suxumi-Abxaziya mitropoliti II İliya, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Beynəlxalq İdman Təşkilatları Konfederasiyasının prezidenti Boris Roqatin də Azərbaycan Prezidentini təbrik ediblər. Yunanıstanın Baş naziri Antonis Samaras Prezident İlham Əliyevə telefonla zəng edib. Antonis Samaras prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlət başçısını təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Yunanıstanın Baş nazirinə minnətdarlığını bildirib. Söhbət zamanı Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir
16.10.2019
Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
16.10.2019
Prezident: Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir
16.10.2019
Prezident Mayıl Əhmədovu “Əmək” ordeni ilə təltif edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info