Fransada Corc Floydun qәtlә yetirilmәsinә etiraz üçtün insanlar küçәlәrә çıxıb
Tarix: 03.06.2020 | Saat: 13:46:00 | E-mail | Çapa göndər


ABŞ-da Corc Floyd kimi, saxlanılarkən boğularaq öldürülən 24 yaşlı Adama Traore üçün Fransada minlərlə insan küçələrə çıxıb.

ABŞ-da Corc Floyd kimi, saxlanılarkən boğularaq öldürülən 24 yaşlı Adama Traore üçün Fransada minlərlə insan küçələrə çıxıb.
Paris Valiliyinin etiraz aksiyası qadağasına baxmayaraq, “Adama üçün Ədalət Kollektivi” çağırışı ilə Məhkəmə qarşısında toplaşan nümayişçilər polisin zorakılığına etiraz ediblər.
Polis 20 minə yaxın nümayişçiyə qarşı gözyaşardıcı qazdan istifadə edib.
“Adama Traore üçün ədalət” şüarını səsləndirən etirazçıların bəziləri ABŞ səfirliyinin qarşısına doğru hərəkət ediblər.

Burada, Floydun ölümünə görə ABŞ Administrasiyasına susaraq etiraz ediblər.

Mayın 25-də ABŞ-da saxlanılarkən polis zorakılığı səbəbindən həyatını itirən Floyd üçün ölkənin hər yerində dağıntı, yanğın, talan və qarşıdurmalarla müşayiət olunan etiraz aksiyaları keçirilir.
Fransada isə amerikalı Corc Floyd kimi Adama Traore də 2016-cı ildə tutularkən polis tərəfindən boğularaq öldürülmüşdü. Hadisədən sonra verilən ilk açıqlamalarda Adamanın özünü yaxşı hiss etmədiyi və təcili tibbi yardım briqadasına verildiyi deyilmişdi. Daha sonra isə Traorenin, həkim müdaxiləsindən əvvəl polis avtomobilində öldüyü məlum olmuşdu. Hadisədə iştirak edən polislərlə bağlı istintaqa başlanılmasa da, məhkəmə prosesi 4 ildən sonra da yekunlaşmadı.




 
Bölməyə aid digər xəbərlər
16.07.2020
Bolqarıstan parlamenti hökumətə etimadsızlığı müzakirə edəcək
16.07.2020
Siirtdəki qarşıdurmada iki polis şəhid oldu
16.07.2020
Ermənistan ağlını başına yığsın – Türkiyə XİN
15.07.2020
Erməni lobbisi Fransanın “L’Express” portalını hədələyib
15.07.2020
İranda koronavirusdan bir gündə 199 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
2 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
3 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
4 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
5 Ekpress küftə-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info