ABŞ-da etiraz aksiyaları davam edir
Tarix: 03.06.2020 | Saat: 13:49:00 | E-mail | Çapa göndər


Nyu-York Polis İdarəsi şəhərdə nümayişlər zamanı qarət hadisələri səbəbiylə təxminən 700 adamın həbs edildiyini bildirib.

ABŞ-da Corc Floydun 26 mayda Minnesota ştatında polisin zorakılığı nəticəsində həyatını itirməsi ilə başlayan etiraz aksiyalarının artması qarşısında paytaxt Vaşinqtonda min 300 olan milli qvardiyaçı sayına daha min 500-ü əlavə edilib.
Nyu-York Polis İdarəsi şəhərdə nümayişlər zamanı qarət hadisələri səbəbiylə təxminən 700 adamın həbs edildiyini bildirib.
Açıqlamada etiraz aksiyalarında 10-dan çox polis əməkdaşının yaralandığı, 10-dan çox polis maşınına isə ziyan dəydiyi vurğulanıb.
Soho və Herald meydanında, şəhərin dünya şöhrətli alış-veriş küçəsi olan 5-ci prospektdə (Fifth Avenue) lüks mağazaların qarətlənməsindən sonra komendant saatı bütün həftə boyunca uzadılıb.
Şəhərdə qarətlənmələrin qarşısını almaq üçün bəzi küçələr yerli vaxtla 20: 00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlanıb.
Digər tərəfdən, Corc Floydun ailə üzvləri Texasdakı nümayişlərə qatılan 25 min nümayişçini müşayiət edib.
Kaliforniyada isə minlərlə etirazçı milli qvardiyanın vəzifə icra etdiyi bir mühitdə aksiyalarını davam etdirib.
Vaşinqtonda kütləvi nümayişlər əvvəlki günlərlə müqayisədə daha dinc şəraitdə keçirilib.
Ağ Ev və ətrafındakı polis FBI, Milli Qvardiya və Kəşfiyyat geniş təhlükəsizlik tədbirləri gördükdə, Ağ Evin qarşısındakı Lafayette Parkı uzun dəmir hasarlarla bağlanıb.
Təxminən 15 min insan Floydun ölümünə və ölkədə polis zorakılığına qarşı şüarlar səsləndirib, nümayişlərdə iştirak digər günlərə müqayisədə daha yüksək olub.
Nümayişlər şəhərdə komendant saatı başlayandan sonra davam edərkən bir qrup etirazçı Ağ Evdən Konqres binasına yürüş edib.
Bir müddət konqres binası qarşısında nümayiş keçirən etirazçılar daha sonra Ağ Evin önündəki Lafayette Parkına qayıdıblar. Nümayişçilərin əksəriyyəti Ağ Evi gec saatlarda tərk ediblər.
Digər tərəfdən, ABŞ rəhbərliyi Vaşinqtonda hadisələrə qarşı tədbirləri sərtləşdirməkdə davam edir. Pentaqon afroamerikalı Corc Floydun ölümündən sonra başlayan qarışıqlıqlarla əlaqədar Birləşmiş Ştatların paytaxtı Vaşinqtonun ətrafındakı yaşayış məntəqələrinə təxminən 1,6 min hərbi qulluqçu göndərib. Qeyd edilib ki, nizami ordunun əsgərləri Vaşinqtonun özündə yox, şəhərin yaxınlığındakı hərbi bazalara yerləşdiriliblər. Hərbçilər yüksək döyüş hazırlığı vəziyyətinə gətiriliblər. Onlar hələ ki mülki hakimiyyətə kömək etmirlər.
ABŞ Xalq Sağlamlığı İdarəsinin sədri Cerome Adams Minneapolisdə öldürülən qaradərili Corc Floyd üçün ümumxalq etirazları səbəbiylə yeni növ koronavirusun (Covid-19) yayılmasında "ciddi artım" gözlədiklərini söyləyib.
ABŞ mediasına açıqlama verən Adams,minlərlə insanın iştirak etdiyi etirazlarda iştirakçıların ümumiyyətlə maskalardan istifadə etmələrinə baxmayaraq, sosial məsafənin qorunub saxlanmasının mümkün olmadığını diqqətə çatdırıb.
BMT-nin Baş katibi Antonio Quterreş də ABŞ rəsmilərini nümayişlərə müdaxilə edərkən etidallı olmağa çağırıb.




 
Bölməyə aid digər xəbərlər
16.07.2020
Bolqarıstan parlamenti hökumətə etimadsızlığı müzakirə edəcək
16.07.2020
Siirtdəki qarşıdurmada iki polis şəhid oldu
16.07.2020
Ermənistan ağlını başına yığsın – Türkiyə XİN
15.07.2020
Erməni lobbisi Fransanın “L’Express” portalını hədələyib
15.07.2020
İranda koronavirusdan bir gündə 199 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
2 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
3 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
4 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
5 Ekpress küftə-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info