Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Tarix: 17.10.2013 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin muxtar respublikamıza yeni təyin olunmuş baş konsulu Əli Rza Akıncı ilə görüşüb.
Muxtar Respublika Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, Ali Məclisin sədri Vasif Talıbov Əli Rza Akıncını baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edərək deyib ki, Azərbaycan və Türkiyə dost və qardaş ölkələrdir. Bu gün hər iki ölkə arasındakı tarixi zəminə əsaslanan münasibətlər, siyasi, iqtisadi və mədəni əlaqələr möhkəm strateji tərəfdaşlıq səviyyəsindədir. Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin uğurla inkişaf etdiyini bildirən Ali Məclisin sədri möhkəm təməllər üzərində qurulan münasibətlərin məmnunluq doğurduğunu qeyd etmiş, baş konsula diplomatik fəaliyyətində uğurlar arzulayıb. Səmimi görüşə görə minnətdarlığını bildirən Əli Rza Akıncı deyib ki, Naxçıvanda çalışmaq onda böyük iftixar hissi doğurur. Baş konsul muxtar respublikadakı diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərin inkişafı sahəsində səylərini əsirgəməyəcəyini, mövcud əlaqələrin daha da genişlənməsinə çalışacağını bildirib.
Görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info