Bakıda qadın qızının sevgilisini bıçaqladı
Tarix: 03.06.2020 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Qızı ilə evlənmək istəmədiyi üçün

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Aynurə Qafarovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İş üzrə məhkəmənin baxış iclası iyunun 9-na təyin olunub.
İttihama görə, Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Nəsrəddin Tusi küçəsində 1993-cü il təvəllüdlü Kənan Binnətov orta yaşlı Aynurə Qafarova tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən Aynurə Qafarova həbs edilib.
İlkin məlumata görə, Kənan Binnətov hadisəni törədən şəxsin qızı ilə münasibətdə olsa da, sonradan onunla evlənməkdən imtina edib. Nəticədə A.Qafarova K.Binnətovu bıçaqlayıb.
A.Qafarova barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.




 
Bölməyə aid digər xəbərlər
08.07.2020
İqtisad Universitetinin sabiq rektoru vəfat edib
07.07.2020
Sabirabadda baş həkimin oğlu avtomobillə ana və qızını vuraraq öldürüb
07.07.2020
Xaçmazda 2 yaşlı qız hovuzda boğulub
07.07.2020
Nehrəmdə avtobus aşıb, ölən var
07.07.2020
Universitetinin kafedra müdiri koronavirusdan öldü

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
3 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
4 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
5 Asan plov -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info