Cari ilin doqquz ayında ÜDM 5,4 faiz artaraq 42,7 milyard manata çatıb
Tarix: 17.10.2013 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


2013-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 42,7 milyard manata çatıb, onun əhalinin hər nəfərinə düşən həcmi isə 4,1 faiz artaraq 4606,7 manat (5871,4 ABŞ dolları) təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM-in 63,6 faizi istehsal sahələrində, o cümlədən 46,5 faizi sənayedə, 11,3 faizi tikintidə, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 29,9 faizi isə xidmət sahələrinin payına düşüb.
Xidmət sektorunda əlavə dəyər istehsalının 23,9 fa
izi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 44,5 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil edib. Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 52,1 faizdən 55,9 faizədək yüksəlib. Ümumi daxili məhsulun 44,1 faizi neft-qaz sektorunun payına düşmüş və əvvəlki ilin səviyyəsində qalıb. Cari ilin doqquz ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 30,0 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 18,8 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,6 faiz, informasiya və rabitə xidmətlərində 7,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,9 faiz, sosial və digər xidmət sahələrində 3,9 faiz artıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info