Monako knyazı Azərbaycan pavilyonunda olub
Tarix: 17.10.2013 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Monakonun hakim knyazı II Alber 55-ci Venesiya Biennalesində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən Azərbaycan pavilyonu ilə tanış olub. Heydər Əliyev Fondundan verilən məlumata görə, Monako knyazı II Alber “Ornamentlər” devizi altında təqdim edilən pavilyonun Azərbaycanın tarixi və mədəni irsi barədə zəngin təəssürat yaratdığını qeyd edərək, bu cür sərgilərin ölkələrin tanıdılması baxımından önəmli rol oynadığını bildirib.
Venesiya Biennalesində milli pavilyonlar sırasında yeganə Azərbaycan sərgisində olan knyaz II Alber taxta lövhələrdən hazırlanmış “Ornament” instalyasiyasının, burada Şərq və Qərbin simvollarının dili ilə müxtəlif xalqların mədəniyyətlərinin oxşarlıqlarının və özünəməxsusluqlarının vurğulanmasının tamaşaçıda yaddaqalan təəssürat yaratdığını bildirib.
Monako knyazı Azərbaycanın artıq qədim tarixi ilə yanaşı, müasir incəsənəti ilə də dünyada tanındığını diqqətə çatdırıb və müxtəlif xalqların bir-birinə daha da yaxınlaşması üçün bu cür layihələrin önəmli olduğunu qeyd edib. II Alber gələcəkdə Azərbaycan mədəniyyətinin Monakoda da tanıdılmasına xidmət edən layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. Azərbaycanın 55-ci Venesiya Biennalesindəki milli pavilyonu noyabrın 24-dək davam edəcək. Xatırladaq ki, Azərbaycanın Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşən “Ornamentlər” pavilyonu iyunun 1-də açılıb. Pavilyonda Azərbaycanın 6 müasir rəssamı - Rəşad Ələkbərov, Fəxriyyə Məmmədova, Çingiz, Sənan Ələskərov, Bunutay Haqverdiyev, Fərid Rəsulovun müasir incəsənət nümunələrinin vasitəsi ilə milli-mədəni irsimiz təqdim edilir. Qeyd edək ki, Venesiya Biennalesində 2007-ci ildən iştirak edən Azərbaycan hər dəfə fərqli ekspozisiyaları ilə tamaşaçıların marağına səbəb olur. Azərbaycanın builki pavilyonu isə 88 iştirakçı ölkə arasında ilk beşlikdə yer alaraq möhtəşəm pavilyonlar sırasına daxil edilib.





 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info