İqtisadiyyat Nazirliyi 2785 obyektdə monitorinq aparıb
Tarix: 03.06.2020 | Saat: 18:31:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 2-də keçirilmiş monitorinqlər zamanı Suraxanı rayonunda “Hacının təndiri” ictimai iaşə obyektində, “Yek market”də, Binəqədi rayonunda “Ordubad quru meyvələri”, “Özbəkistan quru meyvələri” mağazalarında, Sabunçu rayonunda “Dokta Aptek”də, Xəzər rayonunda "Al Market"də, Rafiq Şükürova məxsus mağazada, Xətai rayonunda “Təndir və kabablar” ictimai iaşə obyektində, “Kashmir”, “Nərmin Parfume” və “Senil Butik” mağazalarında, “Çay evi”ndə, Yasamal rayonunda “Qoç Ət” ictimai iaşə obyektində, “Bijuteriya” mağazasında, Şəkidə Cumay Məmmədov, Ramil İsmiyev, Yusif Qaffarov, Qara İdrisov, İlham Sədiyev, Rüstəm Hüseynova məxsus avtomobil ehtiyat hissələri mağazalarında, “Ucuzluq mağazası”nda, “Bazar Store”da, “Fontan kafesi”ndə, İsmayıllı rayonunda “Zeytun Aptek”də, “Araz Market”də, “Uğur Uşaq Geyimləri” mağazasında, Şabran rayonunda "Qayalı market"də, "Centron Home", "Emtu", "Optimal" mağazalarında, "Qala" restoranında, Cəlilabad rayonunda “Furqan market”də, “Vahid” və “Furqan Electronics” mağazalarında, Pərviz Həsənova məxsus bərbərxanada, Bərdə rayonunda “Əli inşaat” və “Texno Mart” mağazalarında, “Mak studio” və “Xatun studio” xidmət obyektlərində, Tərtər rayonunda "Zülfüqaroğlu" MMC-yə məxsus “Ticarət Mərkəzi”ndə, həmçinin “Soliton” mağazasında, “Çay evi”ndə və sair ticarət və xidmət obyektlərində ümumilikdə gün ərzində monitorinq aparılan 400 obyektin 208-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Mayın 22-dən iyunun 2-dək 2785 sahibkarlıq subyektində monitorinq keçirilib və 1349 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirici söhbətlər aparıb, Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.
Monitorinqlər davam edir.




 
Bölməyə aid digər xəbərlər
16.07.2020
Prezident Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
16.07.2020
Dövlət Neft Fondunun investisiya portfelinin 60,3 faizi inkişaf etmiş ölkələri əhatə edir
16.07.2020
Neft Fondunun aktivlərinin 68,7 faizi istiqrazlar və pul bazarı alətləridir
16.07.2020
Azərbaycan şirkəti Serbiyada körpü inşasına başlayır
16.07.2020
Bu ilin birinci altı ayında dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
2 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
3 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
4 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
5 Ekpress küftə-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info