İdmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır
Tarix: 03.06.2020 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


İdmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə çıxışı zamanı deyib.


Prezident İlham Əliyev bildirib:

"Bizim idmanla bağlı tədbirlərimizin əsas məqsədi insanların sağlamlığını təmin etməkdir. Çünki idmançılar yaxşı bilirlər ki, idman insan sağlamlığı üçün ən əsas amillərdən biridir. Ona görə mən həm idmançılarla görüşlərdə, həm də digər auditoriyada çıxışlarımda həmişə vurğulayıram ki, hər bir insan idmanla məşğul olsun. Söhbət ondan getmir ki, hər kəs idmançı olsun. Amma idmanla məşğul olan insan sağlam olur. İdman insanı fiziki cəhətdən gücləndirir, eyni zamanda, bizim idmançılarımız bu gün məişətdə də bir çoxları üçün nümunədir. Beləliklə, idmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq - həm fiziki cəhətdən, həm mənəvi baxımdan. Çünki fiziki cəhətdən güclü insan adətən öz gücündən yalnız çətin məqamda istifadə etməlidir. Güclü insanda özünə əminlik var. Fiziki cəhətdən güclü insan heç vaxt ondan zəif insana qarşı zor tətbiq etməməlidir. Ancaq özünü, öz yaxınlarını, öz torpağını qorumalıdır. Ona görə idmanın inkişafı, sadəcə olaraq, idman nəticələri əldə etmək üçün vasitə deyil, idmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır.

Mən bir neçə il bundan əvvəl təşəbbüs irəli sürdüm ki, Azərbaycanda hər bir insan ildə bir dəfə pulsuz müayinədən keçsin. Buna nail olmaq üçün əlbəttə ki, bütün şəhərlərdə müasir xəstəxanalar olmalı idi və biz artıq bunu təmin etmişik. Bir neçə ildir ki, 5 milyondan çox insan hər il pulsuz müayinədən keçir, öz fiziki vəziyyətini müəyyən edir və xəstəlik aşkar olunan təqdirdə lazımi müalicə alır. Beləliklə, bu və digər tədbirlər nəticəsində Azərbaycanda insanların ömrünün uzunluğu artıb. Azərbaycan xalqı indi daha sağlamdır və həm tibbi müayinədən keçmək, həm idmanla məşğul olmaq - bu iki amil hesab edirəm ki, insanların sağlamlığı üçün əsas rol oynayır. Əlbəttə, biz çalışmalıyıq ki, uşaqlarımız, yeniyetmələr idmanla müntəzəm məşğul olsunlar. İdmançılar yaxşı bilirlər ki, yalnız müntəzəm məşqlər nəticəyə gətirib çıxarır. Ümid edirəm ki, bu imkanlardan həm idmançılar, həm də rayonun digər sakinləri istifadə edəcəklər. Hesab edirəm ki, bu Olimpiya İdman Kompleksi rayon üçün gözəl sağlamlıq və istirahət mərkəzinə çevriləcək".




 
Bölməyə aid digər xəbərlər
08.07.2020
Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, həmişə seçkilər saxtalaşdırılıb
08.07.2020
Müdafiə naziri ön xətt bölmələrində olub
08.07.2020
Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib
08.07.2020
Ermənistan silahlı qüvvələri atəşkəsi 78 dəfə pozub
08.07.2020
Bakı Ağ Şəhər-in yeni kvartalında tikinti işləri başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
3 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
4 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
5 Asan plov -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info