Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub
Tarix: 03.06.2020 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə çıxışı zamanı deyib.


Dövlət başçısı vurğulayıb:

"Tərtər rayonunun inkişafı daim diqqət mərkəzindədir. Azərbaycan xəritəsində Tərtər rayonunun xüsusi yeri var. Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub. Təsadüfi deyil ki, Tərtər rayonunun sosial-iqtisadi inkişafı üçün son illər ərzində bir çox işlər görülüb. Bu, mənim rayona sayca 6-cı səfərimdir və hər dəfə burada olanda açılışlarda iştirak edirəm, vəziyyətlə tanış oluram, müvafiq tapşırıqlar verirəm ki, işlər daha da sürətlə getsin. Deyə bilərəm ki, son illər ərzində rayonun infrastrukturunun inkişafı çox sürətlə gedir. Bu gün açılacaq yeni yarımstansiya Tərtərin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. Baxmayaraq ki, bu günə qədər görülmüş tədbirlər nəticəsində bu sahədə çox böyük irəliləyiş var. Tərtərdə yaşayan insanlar yaxşı bilirlər ki, vaxtilə burada elektrik enerjisi ilə böyük problemlər var idi, fasilələrlə verilirdi, tez-tez kəsilirdi. İndiki dövrdə artıq bu, tarixdə qalır. Düzdür, hərdənbir qəzalar baş verir, ancaq bütövlükdə enerji təminatının dayanıqlığı təmin edilir. Bu gün açılacaq yarımstansiya həm Tərtər rayonu, həm də qonşu rayonlar üçün əlavə imkanlar yaradacaq.

Tərtərdə qazlaşdırma 98 faizə çatır. Təqribən 10 il bundan əvvəl ümumiyyətlə, qazlaşdırmadan söhbət getmirdi. Nəinki kəndlərdə, şəhərdə qaz yox idi. İndi isə əksər kəndlərə qaz xətləri çəkilib və əlbəttə, 98 faiz göstərici bu işlərə xüsusi diqqət yetirildiyini göstərir.

Yol təsərrüfatı tamamilə yenilənir. Bu gün biz yeni yolun açılışını qeyd etdik və təqdimatda o yolun əvvəlki vəziyyəti əks olunmuşdu. Heç asfalt da yox idi, payız-qış aylarında keçilməz torpaq yollar idi. Hazırda Tərtər rayonunda yolların salınması və təmiri ilə bağlı çox böyük işlər görülür. Yolların 80 faizi əsaslı təmir edilib və bir layihə də icra ediləndən sonra 100 faiz olacaq.

Beləliklə, əsas infrastruktur layihələri – elektrik enerjisi, qaz və yollarla bağlı məsələlər öz həllini tapıb. Sosial infrastruktur, gözəl Olimpiya İdman Kompleksi yaradılıb, bir neçə il əvvəl rayon mərkəzi xəstəxanası əsaslı təmir edilib və ən müasir avadanlıq quraşdırılıb. Tərtər şəhərinin su-kanalizasiya layihəsi artıq 4 il bundan əvvəl tamamlanıb və mənim iştirakımla onun açılışını qeyd etmişik. Hazırda içməli su və suvarma layihələrinin icrası davam etdirilir.

Təkcə subartezian quyularının qazılması nəticəsində rayonun su ilə təminatı böyük dərəcədə yaxşılaşıb. Bu günə qədər 72 subartezian quyusu qazılıb. İmzalanacaq yeni sərəncamla əlavə 21 subartezian quyusunun qazılması nəzərdə tutulur. Beləliklə, Tərtər rayonunun suvarma ilə bağlı olan problemləri öz həllini tapacaq və bu, təbii ki, kənd təsərrüfatının inkişafına xidmət göstərəcəkdir.

Taxılçılıq, pambıqçılıq Tərtər üçün ənənəvi kənd təsərrüfatı sahələridir. Pambıqçılığa gəldikdə, Tərtərdə məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan üstündür. Hər hektardan 34 sentner pambıq götürülüb. Ölkə üzrə bu göstərici də yaxşı səviyyədədir, 29 sentnerdir. Amma Tərtər burada qabaqcıl yerlərdədir. Nəzərə almalıyıq ki, mənfur qonşularımız uzun illər ərzində Tərtərin suyunu kəsiblər. O suyu ki, Azərbaycan Respublikası onun yığılması ilə bağlı vaxtilə, 1970-ci illərdə böyük işlər görüb. Sərsəng su anbarının inşası Azərbaycan Respublikası tərəfindən, respublika büdcəsi tərəfindən həyata keçirilib. İndi isə mənfur qonşular bizim suyumuzu kəsiblər. Bu, ekoloji terrordur".




 
Bölməyə aid digər xəbərlər
08.07.2020
Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, həmişə seçkilər saxtalaşdırılıb
08.07.2020
Müdafiə naziri ön xətt bölmələrində olub
08.07.2020
Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib
08.07.2020
Ermənistan silahlı qüvvələri atəşkəsi 78 dəfə pozub
08.07.2020
Bakı Ağ Şəhər-in yeni kvartalında tikinti işləri başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
3 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
4 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
5 Asan plov -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info