Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda silsilə tədbirlər keçirilib
Tarix: 18.10.2013 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın Pəncab əyalətinin Fayzabad, Ravalpindi, İslamabad, Lahor, həmçinin zəlzələdən ciddi zərər çəkmiş Bəlucistan əyalətində Qurban bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən bildiriblər ki, Pəncab əyalətinin Fəyzabad şəhərindəki 400-dən çox kimsəsiz uşağın məskunlaşdığı Ancumen Faiz Ul İslam (AFUİ) uşaq evində təşkil olunmuş təntənəli mərasimdə Pakistan Senatının Səhiyyə, qaydalar və əlaqələndirmə komitəsinin sədri, senator Zəfər Əli Şah, senatorlar Saida İqbal, Nuzhat Sadıq, Nəcmə Həmid, Milli Assambleyanın deputatı Tahirə Ouranqzeyb, Senat administrasiyasının rəhbəri İftixarulla Babar, AFUİ-nin prezidenti Mian Sadıq Əkbər, birinci vitse-prezidenti Əziz Haşimi, ziyalılar, ictimai-siyasi xadimlər, mətbuat nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov ölkəmizin birinci xanımı Mehriban Əliyevanın adından tədbir iştirakçılarını Qurban bayramı münasibətilə təbrik edib, onlara öz xoş arzularını çatdırıb. Səfir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın respublikamızda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda keçirilən silsilə humanitar yardımlar proqramı çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilib və 2012-ci ildə məktəb yenidən əsaslı təmir edilib. Bundan əlavə, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondu Pakistanın Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvənd aparıb, həmin əyalətin klinikalarında serebral iflicin müayinəsini, açıq ürək əməliyyatlarını təşkil edib, Pakistan-Əfqanıstan sərhədi boyu yaşayış məntəqələrində pulsuz qanköçürməni həyata keçirib, göz klinikasının tikintisi üçün maddi yardım edib, həmçinin 2012-ci ildə Qurban bayramında Pakistanın Tayfalar ərazisində, Pəncab əyalətində yüzlərlə qurbanlıqlar kəsib, 2012-2013-cü illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edib.
Senatorlar Zəfər Əli Şah, Səidə İqbal və AFUİ-nin prezidenti Mian Sadiq Akbar Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistan xalqına göstərdiyi diqqətə görə dərin minnətdarlıqlarını bildiriblər. Natiqlər vurğulayıblar ki, ilahi sevgidən yaranan Qurban bayramı günlərində Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara göstərdiyi bu diqqət onun humanistliyinin, İslam dəyərlərinə sadiqliyinin, həmçinin xalqlarımız arasındakı münasibətlərin inkişafına töhfəsinin göstəricisidir. Pakistan Senatı administrasiyasının rəhbəri İftixarulla Babar oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etmək üçün parlament nümayəndə heyəti tərkibində Bakıya səfər etdiyini bildirərək tam azad, şəffaf və demokratik seçkilərdə Prezident İlham Əliyevin 85 faiz səslə yenidən dövlət başçısı seçildiyini qeyd edib, həmçinin respublikamızda gedən iqtisadi islahatlar, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və dünyanın müxtəlif ölkələrində həyata keçirilən layihələr haqqında danışıb.
Sonda Ancumen Faiz Ul İslam evində məskunlaşmış hər bir uşağa Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından qiymətli hədiyyələr təqdim edilib. Lahor şəhərindəki 500 kimsəsiz uşağın məskunlaşdığı “SOS Village”də təşkil olunmuş mərasimdə Azərbaycan-Pakistan Fondunun prezidenti, Azərbaycan Diplomatik Akademiyasının məzunu Naman Zəfər Çoudri ölkələrimiz arasındakı sıx qardaşlıq münasibətlərinin əsas məqamlarını açıqlayıb. O, ölkəmiz haqqında danışıb, Azərbaycan Diplomatik Akademiyasında təhsil aldığı illərin xatirələrini bölüşüb, azərbaycanlıların Pakistan xalqına olan sevgi və məhəbbəti haqqında ürək sözlərini deyib. Bəlucistan əyalətinin Dera Murad Camali bölgəsində təşkil olunmuş mərasimdə Bəlucistan parlamentinin sədri Mir Can Camali sentyabrın 24-də baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş, mütəmadi olaraq terrorla üzləşən və iqtisadi inkişafdan geri qalan əyalətdə belə bir aksiyanın keçirilməsini yüksək qiymətləndirərək bunun əsl mənada dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, bu tədbir çətin maddi durumda olan və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün təkcə maddi deyil, eyni zamanda, böyük bir mənəvi dəstək mənbəyidir. Qurban bayramı ilə əlaqədar Pakistanın müxtəlif bölgələrində keçirilmiş tədbirlər zamanı 200-dən çox qurbanlıq inək və qoyun kəsilərək kimsəsizlər və qocalar evlərinə, həmçinin zəlzələdən zərər çəkmiş imkansız ailələrə paylanılıb.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Azərbaycanda startaplara 7 milyon manata qədər kredit ayrıla bilər
17.10.2019
Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır
17.10.2019
Erməni silahlıları atəşkəsi minaatanlarla pozdu
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info