Ağ Ev İranın yeni təklifini çox faydalı hesab edir
Tarix: 18.10.2013 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


“İranla “altılıq” ölkələri arasında oktyabrın 15-16-da Cenevrədə keçirilmiş nüvə müzakirələri son dərəcə sıx, amma məhsuldar oldu”. Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, danışıqlar konstruktiv və faydalı keçib: “Bu müzakirələr İranın nüvə məsələsi ətrafında yaranmış problemin həlli istiqamətində mühüm addım oldu.
“Altılıq” ölkələrinin nümayəndələri nüvə mövzusunda irəliləyişin əldə olunması üçün lazımi iradəyə sahibdirlər. Hər iki tərəfin də bu məsələdə irəliləyiş əldə etməsi üçün İranın təqdim etdiyi təklif çərçivəsində razılığa varmaları və hədəflərinə çatmaları lazımdır”. M.C.Zərif deyib ki, hər iki tərəfin ortaq nöqtələrə varması üçün müzakirələri daha da dərinləşdirməyə ehtiyac var: “Ona görə də danışıqlar mütəxəssislər səviyyəsində davam etdiriləcək”. İran XİN rəhbəri vurğulayıb ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri noyabrın 7-8-də keçiriləcək: “Hər iki tərəfin ortaq hədəfinin İranın nüvə fəaliyyətlərinin dinc məqsədli olduğuna dair etimad yaratmaq və İran xalqının Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsi çərçivəsində nüvə haqlarının qorunmasıdır”. M.C.Zərif Cenevrə müzakirələrinin detalları barədə açıqlama verməyəcəyini deyərək, tərəflərin qarşılıqlı etimad içərisində danışıqları davam etdirmək məsələsində razılaşdıqlarını söyləyib: “İranın Qərb ölkələrinin heç də hamısına etimadı yoxdur. İranın nüvə haqları mövzusunda zəmanət verilməsi lazımdır. Bu baxımdan Cenevrə müzakirələri daha sonrakı danışıqların davamı və etimad məsələsinə görə son dərəcə əhəmiyyətli oldu. Ona görə də bundan sonrakı müzakirələr daha rahat şəkildə keçəcək”. İran XİN rəhbəri vurğulayıb ki, ölkəsinə qarşı sanksiya və təhdidlər heç kimin faydasına olmayacaq: “İran ciddi şəkildə müzakirə masası arxasına oturdu. Bundan sonra da eyni mövqeyi davam etdirəcək. İranın yaxşı niyyətə cavab verəcəyinin bilinməsi lazımdır”. ABŞ hökuməti İranın nüvə məsələsinin həlli ilə bağlı Cenevrə müzakirələrində “altılıq” ölkələrinə təklif etdiyi yeni planı çox faydalı hesab edir. Bu barədə Ağ Evin sözçüsü Cey Karni bildirib. Onun sözlərinə görə, İranın yeni təklifi əvvəlkilərdən fərqli olaraq ciddiliyi ilə seçilir: “Ancaq hər şeyin bir gecədə həll olunacağını gözləməyə dəyməz. Çünki İran təklifini yenicə irəli sürüb. Bu məsələ kompleks problemdir. ABŞ prezidentinin də dediyi kimi, bəzi texniki məsələlərlə bağlı şübhələr var”.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Türkiyə hökuməti Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatını qərəzli hesab edir
20.10.2019
Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib
20.10.2019
Bu müxalifət rəhbərləri efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar
20.10.2019
Ölkəmizdə aparılan islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək
20.10.2019
Bu gün Dünya Osteoporozla Mübarizə Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info