ABŞ-da “Emil ilə nahar“ virtual caz konserti keçirilib
Tarix: 04.06.2020 | Saat: 08:57:00 | E-mail | Çapa göndər



ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Musiqi Fondunun (AAMF) təşəbbüsü və təşkilatçılığı ilə tanınmış pianoçu Emil Əfrasiyab və müğənni Leyla Babayeva-Əfrasiyabın iştirakı ilə "Emil ilə nahar" adlı virtual caz konsert proqramı keçirilib.


AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünü ilə əlaqədar təşkil olunan konsertdə Emil Əfrasiyabın orijinal kompozisiyaları, xalq mahnılarının aranjımanları və Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Rauf Hacıyev, Vaqif Mustafazadə kimi Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.

Virtual konsertdə Leyla Babayeva-Əfrasiyabın ifasında İbrahim Topçubaşovin "Nə bəxtiyardir", Tofiq Quliyevin "Yol ayricında" və "Tez gəl" kimi məşhur Azərbaycan mahnıları səslənib.

Emil Əfrasiyab konsert proqramını "İki dünya" adlı orijinal kompozisiyası ilə başlayaraq "Əzizə" əsərı ilə yekunlaşdırıb. Qeyd edək ki, "Əzizə" əsərı məşhur “caz şahzadəsi” Əzizə Mustafazadənin sənətindən ilhamlanaraq yaradilıb.

Həmkarları tərəfindən bənzərsiz istedad və sənətinə sədaqətli musiqiçi kimi tanınan Emil Əfrasiyab hazırda dünyanın ən məşhur musiqi kolleclərindən birində, ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Berkli Kollecində təhsilini davam etdirir. İfaçı peşəkarlar arasında texniki cəhətdən bacarıqlı və intuitiv çıxışları ilə tanınır. O həm də bəstəkar və aranjemançı kimi də fəaliyyət göstərir.

Konsertdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ABŞ-ın Azərbaycan icmasının üzvləri iştirak ediblər. Konsertin dinləyiciləri qismində Diasporla İş üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Lalə İsmayılova, Vaqif Mustafazadənin ev-muzeyinin direktoru və Vaqif Mustafazadə Fondunun sədri Afaq Əliyeva, Azərbaycanın Xalq artisti Ənvər Sadıqov və digər fəxri qonaqlar da iştirak ediblər.

AAMF-in təsisçisi və icraçı direktoru doktoru Cəmilə Cavadova-Spitzberqin rəhbərlik etdiyi qurum Azərbaycan musiqisini ABŞ-da və Amerika Musiqisini Azərbaycanda tanıtmaqla məşğuldur. Belə ki, 2020-ci ilin aprel ayında təşkilat həmçinin görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının "Muğam üslubunda Fantaziya”sının ən yaxşı ifası üçün virtual aləmdə beynəlxalq müsabiqəsinə də start verib. Müsabiqənin fəxri hakimləri Culia Buşkova (ABŞ) və Zəhra Quliyevadır (Azərbaycan). Müsabiqənin nəticələri avqustda elan ediləcək.




 
Bölməyə aid digər xəbərlər
13.07.2020
“YARAT”da “Rəqəmsal yuxular” mövzusu müzakirə ediləcək
11.07.2020
Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
10.07.2020
Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
08.07.2020
Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
06.07.2020
“Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
2 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
3 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
4 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
5 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info