Moskva məhkəməsi Orxan Zeynalovu iki aylıq həbs etdi
Tarix: 18.10.2013 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Moskvanın Presnenski Rayon Məhkəməsi 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Məhkəmə zalında ifadə verən O. Zeynalov qətli törətmədiyini bildirib. O, müstəntiqlərə ilkin ifadəni fiziki təzyiq altında verdiyini söyləyib. Orxan Zeynalov pul qarşılığı müqabilində zaminə buraxılmasını istəsə də, məhkəmə bu istəyi təmin etməyib. Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, rəsmi Bakı Rusiya vətəndaşını qətlə yetirməkdə təqsirli bilinən Orxan Zeynalova lazımi hüquqi dəstəyi verməkdədir. Bununla bağlı Azərbaycanın Rusiyadakı səfirliyi təlimatlandırılıb.
Bu cür hallarda hüquqi əsasın tapılmasının vacibliyini vurğulayan E.Abdullayev Azərbaycan və Rusiya arasında 1995-ci il iyunun 6-da imzalanmış və 1998-ci ilin avqustun 28-də qüvvəyə minmiş konsulluq məsələləri üzrə Konvensiyanın mövcudluğunu diqqətə çatdırıb.
Azərbaycanın Moskvadakı səfirliyinin bu məsələ ilə bağlı Rusiyanın Xarici İşlər Nazirliyinə nota təqdim etdiyini deyən E.Abdullayev deyib ki, notada məhkəmənin qərarına qədər saxlanılan şəxsə qarşı kobud davranışın və KİV-də onun cinayətkar kimi təqdim edilməsinin təqsirsizlik prezumpsiyasına zidd olduğu bildirilib. Azərbaycan səfirliyi ölən Yeqor Şerbakovun ailəsinə başsağlığı da verib.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb
19.10.2019
Əli Həsənov: Radikal müxalifətin ikinci oktyabr iflası
19.10.2019
Barselonada gərgin vəziyyət davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info