Barak Obama büdcə layihəsini imzalayıb
Tarix: 18.10.2013 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti Barak Obama dövlət idarələrinin fəaliyyətini bərpa etməyə və dövlət borcunun yuxarı həddinin artırılmasına imkan verən büdcə layihəsini təsdiqləyib. “Reuters”in məlumatına görə, layihə Konqresin yuxarı və aşağı palataları tərəfindən qəbul olunub. Oktyabrın 1-dən qismən bağlanmış dövlət idarələri bu gündən fəaliyyətini tam bərpa edəcək.
Dövlət büdcəsi layihəsinin kompromis variantı Ağ Ev və Respublikaçılar Partiyasının nümayəndələri arasında uzun sürən danışıqlardan sonra oktyabrın 16-da gecə Nümayəndələr Palatası və Senat tərəfindən qəbul olunub. Ağ Ev səhiyyə sistemi islahatları üçün nəzərdə tutulan xərcləri korrektə etməyə razılaşdıqdan sonra tərəflər arasında kompromis əldə edilib. Sənədin təcili qəbulu zəruri idi, əks halda ölkə oktyabrın 17-də texniki defolt vəziyyətinə düşə bilərdi. Xatırladaq ki, Nümayəndələr Palatasında çoxluq təşkil edən respublikaçılar və səhiyyə islahatlarında maliyyələşdirmə məsələsində Senata nəzarət edən demokratlar arasındakı fikir ayrılıqları oktyabrın 1-də ABŞ-da başlayan yeni maliyyə ilində büdcə layihəsinin Konqres tərəfindən qəbul edilməsinə imkan verməmişdi. Nəticədə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar işini dayandırıb, 800 min nəfər dövlət qulluqçusu ödənişsiz məzuniyyətə göndərilib.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Prezident ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17.10.2019
Azərbaycanda startaplara 7 milyon manata qədər kredit ayrıla bilər
17.10.2019
Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır
17.10.2019
Erməni silahlıları atəşkəsi minaatanlarla pozdu
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info