Deyəsən, bu dəfə “xəstəliyə uçuş“da Paşinyanı xilas etməyəcək
Tarix: 04.06.2020 | Saat: 14:52:00 | E-mail | Çapa göndər


Siyasi cəbhədə baş verə bilən hər hansı bir qalmaqalın başqa bir mötəbər hadisə ilə kəsilə biləcəyi bardə artıq xeyli nümunə mövcuddur. Məsələn Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyanın Nikol üçün ucuz silah almaq adı altında qalmaqallı Rusiya səfəri fiaskoya uğradıqdan bir gün sonra Paşinyan əsl erməni bicliyi ilə özünün və ailə üzvlərinin koronavirusa yoluxduğunu bildirərək hökumət evindən təcrid olunduğunu elan etdi.
Təbii ki, bu başadüşülən idi. Əslində, yaxın iki həftə ərzində ölkə ərazisində koronavirusdan ölüm hadisələrinin artacağını istisna etməyən Nikol Paşinyan, bu addımı hökumət binası qarşısında gözlənilə bilən kortəbii etirazlardan qaçmaq üçün atmışdı.
Maraqlısı isə budur ki, Paşinyan və onun ailəsi ilə yanaşı, hətta Nikolun 80 yaşlı atası Vova Paşinyanın da virusa yoluxması xəbərinə erməni ictimaiyyəti, sadəcə olaraq, etinasız münasibət sərgilədi. Səbəb, təbii ki, məlumdur: erməni baş nazir etimad həddini çoxdan başa vurub və artıq ölkədə ona heç kim inanmır. Qəribə də olsa, xalq artıq Paşinyanla bağlı başqa şeyə inanır. Məsələn, təkcə Ermənistanın özündə deyil hətta ölkədən kənarda da çoxları Nikolun özünü yalandan xəstəliyə vurub məsuliyyətdən yayınmağa çalışdığına inanırlar. Hətta, bir müddət bundan əvvəl, Rusiyanın "Moskovskiy Komsomolets" nəşri də erməni baş nazirin bu əməli ilə bağlı yazı dərc edərək onun son fəaliyyəti ilə 1 mart hadisələr dövründəki davranışı arasında paralellər göstərib.
Bu gün Ermənistanda vəziyyətin fəlakətli olduğunu istisna etməyən ermənilərin "Qolos Armenii" saytı Nikol Paşinyanın xəyali xəstə rolunda oynamağa qərar verdiyini də gizlətmir. Sayt hətta bununla bağlı əsaslar da gətirir. Məsələn, sayt yazır ki, bir dəfə də Paşinyan Sevan sahilindəki rahat oteldə həyat yoldaşı ilə təqaüdə çıxaraq bu oyunu oynamışdı.
Psixiatrada "xəstəliyə uçuş" adlı sindrom olduğunu xatırladan sayt xəstəliyin əsas əlamətləri barədə yazaraq bildirir ki, adətən, bu xəstəliyə yoluxanlar qarşılaşdıqları vəziyyətdən çıxış yolu tapmadıqda, onlar öz problemlərinin həlli üçün özlərini xəstəliyə vururlar. Bu gün Paşinyanda bütün bunlar sezilməkdədir. Maraqlıdır ki, erməni baş nazir elə də ağılsız deyil və ölkədə ictimai vəziyyətin hər gün daha da istiləşdiyini aydın görür. Uzun müddətdir ki, fövqəladə vəziyyət aylarında yığılan narazılığın tezliklə kütləvi etirazlara səbəb olacağına anlayır. Belə görünür ki, Nikol bu dəfə lap köməksiz qalacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.07.2020
Moldova portalında Ermənistanın son hərbi təxribatından bəhs edən məqalə dərc olunub
12.07.2020
Gürcüstanın paytaxtında partlayış baş verib
11.07.2020
Vladimir Putin Ruriyә Tәhlükәsizlik Şurasının yığıncağına sәdrlik edib
11.07.2020
Moskvada koronavirusdan ölənlərin sayı 4 116 nəfərə yüksəlib
10.07.2020
Rusiya iyulun 15-dən beynəlxalq uçuşları tədricən bərpa edəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
2 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
3 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
4 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
5 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info