Azərbaycanı dəyişmiş on il
Tarix: 18.10.2013 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


“Azərbaycanı dəyişmiş on il (2003-2013)” - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvadakı “QRİF i K” nəşriyyatı tərəfindən çapdan buraxılmış yeni kitabı belə adlanır. Kitabda son on ildə ölkəmizdə baş vermiş dəyişikliklər təhlil edilir, bu dövrdə qazanılmış böyük nailiyyətlərin bütün panoramı, habelə geosiyasi dəyişikliklər, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın inkişafı kontekstində açıqlanır.
Müəllif nəşrə ön sözdə qeyd edir ki, İlham Əliyevin iki prezidentliyi dövründə ölkədə möhtəşəm dəyişikliklər baş verib, Azərbaycan dünyanın dinamik inkişaf etməkdə olan ölkələrindən birinə çevrilib. Akademik Ramiz Mehdiyev vurğulayır: “İqtisadiyyatın görünməmiş yüksəliş göstəriciləri dünya iqtisadiyyatının sanballı simalarının diqqətini cəlb etmiş özünəməxsus rekorda oxşayır”. Müəllif Azərbaycan fenomenindən bəhs edərək bildirir ki, bu, nadir nümunədir, çünki iqtisadiyyatı bərbad vəziyyətə düşmüş ölkə olduqca qısa müddətdə əhali üçün ən kiçik məsrəflərlə sovet durğunluq dövrünün çətinliklər səddini aşaraq dünyanın turbulent regionlarından birində özünəməxsus sabitlik adasına çevrilə bilib. Bu halda 20 ildən artıq müddətdə Azərbaycanın Qarabağ regionuna sahib olmaq iddialarından əl çəkməyən, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan qonşu Ermənistanla davam edən ərazi münaqişəsinə baxmayaraq davamlı inkişaf sürəti müşahidə olunur.
Dörd hissədən və nəticədən ibarət olan kitabda son onillikdə təkcə ölkəmizin və regionun həyatına təsir göstərməklə məhdudlaşmayıb dünyanın geosiyasi xəritəsində öz əksini tapan mühüm hadisələrdən ətraflı bəhs edilir. Kitabda dünyanın ən rəqabətədavamlı iqtisadiyyatları arasında Azərbaycanın aparıcı mövqelərə çıxmasını təmin etmiş iqtisadiyyatın müasir, səmərəli milli modelinin yaradılmasının səbəbləri və şərtləri göstərilir, demokratik proseslərin təşəkkülünə və inkişafına, dövlətin xarici siyasətinə xüsusi diqqət yetirilir. Əsərin ayrıca bir hissəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilib. Bu hissədə problemin mahiyyəti, münaqişənin tənzimlənməsinə dair danışıqlar prosesi, Azərbaycan rəhbərliyinin ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsinə yönəlmiş səyləri ətraflı təhlil edilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Naşirlərin fikrincə, Azərbaycanın sürətli inkişaf modeli elmi-tədqiqat mərkəzlərində və institutlarda araşdırma predmeti ola bilər.
Bu da maraqlıdır ki, kitabın üz qabığında son 10 ildə Azərbaycanın inkişafını səciyyələndirən rəqəmlər və faktlar göstərilib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info