Azərbaycanın internet resursundan əcnəbi sahibkarlar da istifadə edir
Tarix: 18.10.2013 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Azərbaycanda internet istifadəçilərinin sayının sürətli artımı dövlət orqanlarının rəsmi saytlarına daxilolma miqdarının yüksəlməsinə səbəb olub. Belə ki, icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılan “www.icazeler.gov.az” portalını sentyabr ayında 7500-ə yaxın internet istifadəçisi ziyarət edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sayta təkcə ölkə daxilindən deyil, eyni zamanda xaricdən də müraciət edilib.
İnternet istifadəçilərinin 300-dən çoxu Böyük Britaniya, Rusiya, ABŞ , Türkiyə, Almaniya, Ukrayna, Litva, Özbəkistan, İspaniya, Monqolustan, Yunanıstan, Gürcüstan, Rumıniya, İtaliya, Norveç, Səudiyyə Ərəbistanı, Braziliya, Moldova, Filippin, Fransa, Argentina, Macarıstan, Hindistan, İsveçrə, Danimarka və Çindən olub. Ümumilikdə, indiyədək portalın fəaliyyətindən 189 mindən çox internet istifadəçisi yararlanıb.
Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. Bu da qanunvericilik aktlarının layihələrinin ictimai müzakirəsinə imkan yaradır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info