Ermənistanda hakimiyyət dəyişsə də, işğalçı dövlətin faşist və terrorçu mahiyyəti dəyişmir
Tarix: 06.06.2020 | Saat: 10:51:00 | E-mail | Çapa göndər


Ermənistanda hakimiyyət dəyişsə də, işğalçı dövlətin faşist və terrorçu mahiyyəti dəyişmir.
Bu fikri Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Ermənistan hakimiyyətinin və təcavüzkarlığı, separatizmi təbliğ edən erməni millətçilərinin faşizm ideologiyasından qidalanması nəinki postsovet ölkələrinə, bütövlükdə dünya ictimaiyyətinə məlumdur: "Bununla bağlı çoxsaylı faktlar mövcuddur. Bu reallığın bariz nümunələrindən biri işğalçı Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən İkinci Dünya Müharibəsində faşizmə xidmət etmiş Njde ləqəbi ilə tanınmış Qaregin Ter-Arutyunyana İrəvanın mərkəzində heykəl qoyulmasıdır".
Millət vəkilinin sözlərinə görə, bütün beynəlxalq kürsülərdən Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəzərinə çatdıran Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında da Ermənistanın terrorçu mahiyyətini ifşa edərək reallıqların nədən ibarət olmasını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
“Təəssüf ki, Ermənistanda hakimiyyətin faşist mahiyyəti dəyişməz olaraq qalır. Prezidentimizin qeyd etdiyi kimi, vaxtilə Ermənistanın Tərtər şəhərində, Ağdamın kəndlərində dinc əhalini bombalaması faşizmin təzahürüdür. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Ermənistanda isə insanlar dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşist Njdeyə 6 metrlik abidə ucaldırlar. Bugünkü Ermənistan rəhbərliyi faşist Njdeni “qəhrəman” kimi təqdim edir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır” - deyə, S.Fətəliyeva vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
“Ayasofya ilə bağlı ittihamlar Türkiyənin suverenlik haqqına birbaşa hücumdur“
03.07.2020
“Sərəncam Prezidentin media üçün təklif etdiyi yeni baxış modelidir”
03.07.2020
Ön cəbhənin ağ xalatlı qəhrəmanları!
03.07.2020
Prezident daim tutarlı faktlar və məntiqi arqumentlərlə işğalçı ölkəni ifşa edib
30.06.2020
Təəssüflər olsun ki, Ermənistan atəşkəs arxasında gizlənərək təcavüzü davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11544

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 Ev şəraitində Xan kababı-VIDEO
4 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
5 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info