Karantin rejiminin yumşaldılmasından vətəndaşlar sui-istifadə etməməlidir
Tarix: 06.06.2020 | Saat: 10:53:00 | E-mail | Çapa göndər


Pandemiyanı geridə qoyacağıq. Əsas məsələ odur ki, bunu az itki ilə, az xəstə sayı ilə geridə qoyaq.

Trend-in məlumatına görə, bu sözləri Azərbaycan Televiziyasına Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, əvvəllər də tarixdə böyük pandemiyalar olub: “Həmin pandemiyalar kimi, koronavirus pandemiyası da geridə qalacaq. Sadəcə, əsas məsələ insanların qəbul olunan qaydalara ciddi əməl etməsidir, öz sağlamlıqlarını qorumasıdır. Sosial məsafəni saxlamaq, tibbi maskalardan istifadə etmək, şəxsi gigiyenaya əməl etmək lazımdır. Koronavirus elə bir xəstəlikdir ki, sürətlə yayılır. Çox insanın yoluxmaması üçün dövlətin qəbul etdiyi önləyici tədbirlərə uyğun davranmaq lazımdır”.

“Maska önəmli qoruyucudur. Amma maska təkbaşına koronavirusa yoluxmanın qarşısını almır. Tibbi maska ümumi tədbirlər paketinin bir komponentidir” – deyən H.Harmancı qeyd edib ki, maska taxmaqla yanaşı, digər qoruyucu tədbirlərə də əməl edilməlidir. ÜST rəsmisi tibbi maskaların taxılma, çıxarılma qaydalarını da izah edib. Xüsusi karantin rejiminin vacibliyinə toxunan H.Harmancı, insanların bir yerə toplaşmaması üçün bütün dünya ölkələrinin karantindən, sosial məsafə tədbirlərindən istifadə etdiyini, bunun effekt verdiyini də deyib.

Azərbaycan dövlətinin pandemiyaya qarşı mübarizə tədbirlərinin səmərəli olduğunu qeyd edən H.Harmancı vurğulayıb ki, Azərbaycan pandemiyanın ilk başlanğıcında vətəndaşın sağlamlığının nə qədər önəmli olduğunu atdığı addımlarla ortaya qoydu: “Bu gün koronavirusa görə 10 modul tipli xəstəxana qurulur, vətəndaşların sağlamlığının qorunması üçün bütün tədbirlər görülür. Görülən tədbirlər yetərli oldu ki, yoluxma sayı 20 nəfərə qədər azalmışdı. Sadəcə, yumşalmaya əhali düzgün yanaşmadı. Ölkə üçün iqtisadiyyat da önəmlidir, yumşalma vacibdir. Amma bundan vətəndaşlar sui-istifadə etməməlidirlər, özlərini qorumalıdırlar”.




 
Bölməyə aid digər xəbərlər
04.07.2020
Biz özümüz karantin qaydalarını pozan məsuliyyətsizləri qınamalıyıq
04.07.2020
Sərt karantin tətbiq edilən ərazilərdə işləyən taksilər icaze-e.gov.az portalından qeydiyyatdan keçməlidir
04.07.2020
Azərbaycan XİN ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik edib
04.07.2020
DYP: Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
03.07.2020
Prezident İlham Əliyev görkəmli yazıçı-dramaturq, şair Əmir Pəhləvana ev bağışladı

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info