Ötən il Yaponiyada doğulan uşaqların sayı rekord səviyyədə azalıb
Tarix: 06.06.2020 | Saat: 10:55:00 | E-mail | Çapa göndər


Yaponiya hökumətinin dərc etdiyi hesabata görə, ölkədə 2019-cu ildə 865 min 234 uşaq doğulub ki, bu da əvvəlki illə müqayisədə 53 min 166 nəfər azdır. Bu, eyni zamanda, həmin müşahidənin tarixi boyunca ən aşağı göstəricidir.
AZƏRTAC xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin yaydığı hesabata görə, ölkədə doğuşun ümumi nisbəti – yəni, bir qadının bütün həyatı boyu dünyaya gətirdiyi uşaqların sayı 0,06 bənd azalaraq 1,36 uşaq təşkil edib. Bununla yanaşı, hesabat ilində vəfat edənlərin sayı 1 milyon 381 min 98 nəfər təşkil edib ki, bu da II Dünya müharibəsindən sonra ən yüksək göstəricidir.
Beləliklə, ölkə üzrə ölənlərin sayı ilə yeni doğulanlar arasında fərq 515 min 864 nəfər təşkil edib və bu da həmin müşahidənin aparılmağa başladığı 1899-cu ildən bəri ən yuxarı göstərici hesab edilir.

Qeyd edək ki, cari ilin mayında Baş Nazir Şinzo Abenin rəhbərlik etdiyi kabinet gənc ailələrə dəstəyi artıraraq, ailə cütlükləri üçün uşaqların sayını 1,8 nəfərə çatdırmağı vəd edib.

Yaponiyada yeni doğulan uşaqların sayının azalması ilə bağlı səbəblər sırasında iqtisadi problemlər, iş ilə uşaqların tərbiyəsi arasında balansın tapılmasının çətinliyi kimi amillər göstərilir. Bununla yanaşı, hazırda davam edən koronovirus pandemiyasının da gələcəkdə artıma mənfi təsir göstərəcəyi qeyd edilir.

Hesabatda ötən il son yeddi ildə ilk dəfə olaraq Yaponiyada 598 min 965 nikahın bağlandığı qeyd edilir ki, bu da əvvəlki ilin göstəricisindən 12 min 484 nikah çoxdur. Bunun əsas səbəbi kimi isə cütlüklərin ölkə tarixində yeni eranın başlaması ilə bir vaxtda nikaha daxil olmaq arzusu göstərilir. Belə ki, 2019-cu il mayın 1-də Yaponiyada yeni İmperator taxta çıxıb və Reyva dövrü başlayıb.
Eyni zamanda, ötən il Yaponiyada özünəqəsd hallarının sayı da 616 nəfər azalaraq 19 min 415 nəfər təşkil edib. Bu göstərici ölkə üzrə bütün həyatını itirənlərin 1,4 faizini təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
Ödənişsiz “Microsoft” təlim proqramı istifadəyə verilib
03.07.2020
İlk insan, Cənnət, mələklər
03.07.2020
Kaspersky Safe Kids üçüncü ildir ki, ilk pilləni tutur
02.07.2020
Polşada ağzında pul olan onlarla uşaq skeleti tapıldı
30.06.2020
Bakı məktəblisi yeni sərinləndirici model hazırlayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11544

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info