Ağcabədi sakinləri Prezidentə minnətdarlıq edirlər
Tarix: 06.06.2020 | Saat: 12:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin "Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhramtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" 4 iyun 2020-ci il tarixli Sərəncamı rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb.
Sərəncama əsasən, 14 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhramtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Trend xəbər verir ki, Ağcabədi rayon sakinləri bu Sərəncamı dövlətimizin başçısının bölgələrə göstərdiyi diqqət və qayğının təcəssümü kimi dəyərləndirirlər.

Ağcabədi rayonunun Avşar kənd sakini Güleyşə Quliyeva deyib: "Respublikanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da geniş tikinti-quruculuq, abadlıq işləri aparılır, sosial obyektlər inşa edilir, yollar çəkilir, əhalini narahat edən problemlər həll olunur. Biz ağcabədililər dövlətimizin başçısının diqqət və qayğısını daim üzərimizdə hiss etmişik. Prezident İlham Əliyevin rayonumuza səfərindən sonra imzaladığı Sərəncamlardan biri kənd yollarının tikintisi ilə bağlıdır. Bu, biz sakinlərin böyük sevincinə səbəb olub. Çünki yol mədəniyyət, rahatlıq, iqtisadi inkişaf deməkdir. Göstərdiyi yüksək diqqət və qayğıya görə Prezidentimizə rayon sakinləri adından minnətdarlığımı bildirirəm”.




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
Prezident İlham Əliyev görkəmli yazıçı-dramaturq, şair Əmir Pəhləvana ev bağışladı
03.07.2020
Özünüzü düşünün – ən vacibi sağlamlıqdır: Psixiatr öz məsləhətləri ilə bölüşür-VİDEO
03.07.2020
“Siz hər zaman çətin anlarda vətəndaşların yanında olmusunuz“
03.07.2020
Gülnarə Məmmədzadə: Azərbaycan özünü böyüməkdə olan regional texnologiya qovşağı kimi təqdim edir
03.07.2020
Türk Hava Yolları: İstanbul-Bakı-İstanbul uçuşları bərpa olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11544

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info