FIFA hakimi qaradərili oyunçuya niyə barmaq göstərdi? – VIDEO
Tarix: 06.06.2020 | Saat: 12:38:00 | E-mail | Çapa göndər


Latviyada “Riqa” və “RFS Riqa” komandalarının yoxlama oyunu (0:2) zamanı beynəlxalq qalmaqala səbəb ola biləcək hadisə baş verib.
Qol.az-ın xəbərinə görə, buna FİFA referisi Andris Treymanisin jesti səbəb olub. Kadrlardan görünür ki, hakim qaradərili futbolçu Sedrik Kaudioya qırmızı vərəqə və orta barmağını göstərir.
DÇ-2022-ni idarə etməyə Avropadan namizəd olan 35 yaşlı hakimin bu davranışı sosial şəbəkələrdə geniş müzakirə olunub və pislənilib.
Amma məsələyə münasibət bildirən Andris Treymanis göstərdiyi jestin səbəbini açıqlayıb. O deyib: “Bu söhbətlərə son qoymaq üçün vəziyyəti izah etməli olacağam. Həmin epizod zamanı futbolçu rəqibə orta barmağını göstərdi. Məhz buna görə, qaydalara əsasən, onu qırmızı vərəqə ilə cəzalandırdım. Futbolçu “qırmızı”nı görədə bunun səbəbini başa düşmədi. Sözlə izahatımı başa düşmədiyi üçün onun etdiyi jesti təkrarlamalı oldum. Yəni bu, futbolçuya qarşı hərəkət deyildi. Sadəcə, oyunçuya nəyə görə cəzalandığını aydınlaşdırmaq istədim”.
Qeyd edək ki, videokadrlarda da hakimin futbolçunu rəqibə orta barmağı göstərdiyi üçün cəzalandırdığı görünür.




 
Bölməyə aid digər xəbərlər
04.07.2020
Kavani “Roma“ ilə anlaşmaq üzrədir
04.07.2020
“Barselona“ Messinin ürəyidir“ - sabiq prezident
04.07.2020
Messi İngiltərə Premyer Liqasında?
04.07.2020
“Atletiko“dan qələbə
03.07.2020
Qrizmann “Barcelona“dan ayrıla bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info