AŞ PA-da müşahidə olunan anti-Azərbaycan meyillər ictimaiyyətdə haqlı narazılıqlar yaradır
Tarix: 06.06.2020 | Saat: 13:16:00 | E-mail | Çapa göndər


Qərəzli qərarlar istehsal etməsi, hadisələrə və proseslərə situasiyaya uyğun subyektiv prizmadan verdiyi qiymətləndirmələr və həqiqətdən uzaq bəyanatlar Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) siyasi reputasiyasına ciddi təsir göstərə bilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, bərabərhüquqlu əməkdaşlıq, demokratiya, mədəniyyətlərarası dialoq, sülh və təhlükəsizlik kimi dəyərlərin artıq AŞ PA daxilində zəifləməsi müşahidə olunur:
“AŞPA hazırda müxtəlif dairələr tərəfindən idarə olunan, fərdlərin siyasi manipulyasiyası üçün əlverişli platforma təəssüratı yaradır.

Xüsusilə, Azərbaycana qarşı fobiya meyillərinin də durmadan artdığının şahidiyik. Sirr deyil ki, AŞ PA ikili standartların ən geniş vüsət aldığı regional təşkilata çevrilməkdədir və təəssüf ki, 20 ildən artıqdır ki, Azərbaycana qarşı iş aparan müəyyən qüvvələrin siyasi həmfikri kimi çıxış edir.

Təşkilatın Azərbaycana qarşı antipatiyası açıq-aydın şəkildə müşahidə olunur və bu, artıq kampaniya formasını alıb. Azərbaycanın beynəlxalq səviyyədə qazandığı uğurlar və nüfuzlu təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi tanınması və qəbul olunması görünür ki, AŞ PA-da kəskin qıcıq və etiraz yaradır. Vaxtaşırı qəbul olunan əsassız bəyanatların da mahiyyətində məhz bu amil dayanır.

Məsələn, AŞ PA-nın Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı nümayiş etdirdiyi qərəzli mövqe bir daha təşkilatın ölkəmizə qarşı idbar məqsədini nümayiş etdirib”.

Deputat vurğulayıb ki, 2020-ci il fevralın 9-da baş tutmuş seçkilərlə bağlı yanvarın 30-da, vaxtından əvvəl, tələm-tələsik, qərəz və kin dolu qiymət verilməsi AŞ PA-nın Azərbaycana qarşı məramını açıq şəkildə göstərir:

“Azərbaycanda baş verən proseslərə bu qədər “canıyananlıq” edən təşkilat nədənsə Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə, onların elementar insan hüquqlarının pozulmasına, beynəlxalq hüququn ayaqlar altına atılmasına biganədir.
Eyni zamanda, Ermənistan tərəfindən girovluqda saxlanılan və işgəncələrə məruz qalan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin də taleyi nə üçünsə Azərbaycanı "diqqətdə saxlayan" AŞ PA-nı narahat etmir. Belə olan halda AŞ PA-nın qərəzsiz olduğunu qəbul etmək olarmı? Əlbəttə yox. Buna görə də AŞ PA-da müşahidə olunan anti-Azərbaycan meyillər, qərəz və kin dolu bəyanatlar Azərbaycan ictimaiyyətində haqlı narazılıqlar yaradır və təşkilat artıq ölkəmizdə də nüfuzunu itirməkdədir”.




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
“Ayasofya ilə bağlı ittihamlar Türkiyənin suverenlik haqqına birbaşa hücumdur“
03.07.2020
“Sərəncam Prezidentin media üçün təklif etdiyi yeni baxış modelidir”
03.07.2020
Ön cəbhənin ağ xalatlı qəhrəmanları!
03.07.2020
Prezident daim tutarlı faktlar və məntiqi arqumentlərlə işğalçı ölkəni ifşa edib
30.06.2020
Təəssüflər olsun ki, Ermənistan atəşkəs arxasında gizlənərək təcavüzü davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info