Azərbaycana qarşı qərəzli mövqe, ikili yanaşma AŞ PA-nın əsas siyasətinə çevrilib
Tarix: 06.06.2020 | Saat: 13:45:00 | E-mail | Çapa göndər


Azərbaycanın 20 faiz ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə pislənib və işğalçı qüvvələrin həmin ərazilərdən dərhal və qeyd-şərtsiz çıxırılması tələb edilib.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
B.Əliyev təəssüflə bildirib ki, sülh danışıqlarında işğalçı Ermənistanın qeyri-konstruktiv və aqressiv davranışı, həmsədrlərin isə bu davranışa həddən ziyadə yumuşaq münasibəti problemin həllinə imkan vermir:
“Ermənistana sanksiyalar tətbiq etmək əvəzinə, Azərbaycana qarşı qərəzli mövqe, ikili yanaşma bəzi beynəlxalq təşkilatların, o cümlədən AŞ PA-nın əsas siyasətinə çevrilib. AŞ PA tərəfindən 27 iyun 2002-ci ildə qəbul edilmiş 1570 (2002) Qətnamədə azərbaycanlı məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmasının təmin edilməsi, eyni zamanda işğal edilmiş ərazilərin Ermənistan tərəfindən məskunlaşdırılmaması tələb edilib.

Amma 18 il keçməsinə baxmayaraq, AŞ PA özünün bu qətnaməsinin icrası üçün nə üzv ölkələrə, nə Minsk Qrupunun həmsədrlərinə, nə də Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Həmçinin, işğal edilmiş ərazilərin Ermənistan tərəfindən məskunlaşdırılmasına göz yumur. Lakin Azərbaycana qarşı qondarma, yalan, böhtan xarakterli məlumatlar əsasında sifarişli qərarlar qəbul edilməsi üçün “xüsusi təyinatlı qruplar” gecə-gündüz çalışırlar.

Azərbaycanın haqq sözünü deyən AŞ PA-dakı avropalı deputatları susdurmağa çalışırlar. Bu mümkün olmayanda isə onlara qarşı total şər-böhtan kompaniyası təşkil edilir. Hətta, obyektiv mövqe tutmağa cəhd edən AŞ PA rəhbərbərləri də çirkin metodlarla vəzifələrindən uzaqlaşdırılır və bəlli dairələrin bəlli sifarişlərinə “hə” deyən sözəbaxanlarla əvəz edilir.

Zaman-zaman biz bunun şahidi olmuşuq. Ona görə də təkcə bizdə deyil, bir çox Avropa ölkələrində də AŞ PA-ya inam tükənibdir!”.

B.Əliyev vurğulayıb ki, Azərbaycana qarşı hücumlarda məqsəd Ermənistanın işğalçı obrazını pərdələmək, Azərbaycanın imicini isə ləkələməklə onlara köməklik göstərərək öz çirkin niyyətlərini Azərbaycana qəbul etdirməkdir:

“Amma, cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqını heç bir qüvvə müstəqil, hüquqi və demokratik dğvlət quruculuğu yolundan döndərə bilməz. Ortada möhkəm və sarsılmaz siyasi iradə var!

Ermənistanda total saxtakarlıqlarla, rəqibləri, dinc nümayişçiləri güllələyərək keçirilən seçkiləri “demokratik” adlandıran AŞ PA yetkililəri, korrupsioner, cinayətkar, faşist ideoloqları olan koçaryanları, sarkisyanları müdafiə etməklə özlərinin çirkaba bulaşdıqlarını bütün dünyaya bir daha nümayiş etdirdilər.

Çünki onların bəh-bəhlə təriflədikləri, müdafiə etdikləri bu gün müxtəlif cinayətlərə görə həbs ediliblər, barələrində cinayət işləri qaldırılıb. Bəs hanı siyasi mədəniyyət? Niyə AŞ PA-da bu qərarları qəbul edənlər istefa vermədilər? AŞ PA susur. Cinayətkarcasına susur. Niyə? Çünki “gözükölgəlidir”lər, onlara bu tapşırıqları verənlər onları AŞ PA-ya elə belə çirkin missiyaları yerinə yetirmək üçün gətiriblər. Bəlli fondlarda çalışırlar və kifayət qədər qrant pulları alırlar. Ona görə də canları çıxsa da işləməlidirlər. Budur, o bir qrup riyakarların əsl sifəti.

AŞ PA 25 yanvar 2005-ci ildə 1416 saylı Qətnamə qəbul edib. Həmin Qətnamənin 1-ci bəndində yazılıb: “Parlament Assambleyası təəssüflənir ki, silahlı hərbi əməliyyatlar başlayandan on ildən çox müddət sonra Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişə həll olunmamış qalır. Yüz minlərlə insan hələ də məcburi köçkündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin xeyli hissəsi hələ də erməni qüvvələri tərəfindən işğal edilir və separatçı qüvvələr yenə də Dağlıq Qarabağ bölgəsinə nəzarəti davam etdirir”.

Daha sonra Ermənistan və bu rejim tərəfindən azərbaycanlılara qarşı soyqrımı və etnik təmizləmə həyata keçirildiyi qeyd edilir və BMT TŞ-nin 822 (1993), 853 (1993), 874 (1993) and 884 (1993) saylı Qətnamələrinin icra edilməsi tələb edilir.

Bəs nəticə nədir? Nəticə odur ki, bu gün AŞ PA-da oturanlar vaxtilə AŞ PA-nın separatçı, işğalçı adlandırdığı qüvvələrin işğal edilmiş Azərbaycan ərazilərində keçirilmiş qondarma, qanunsuz seçkilərinə münasibət bildirmir. Bu, işğalçıyla, faşistlərlə bir sırada dayanmaq deməkdir! Bu, ən azı siyasi riyakarlıqdır!
Məcburi küçkünlər, bütövlükdə xalqımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini tam dəstəkləyərək onun ətrafında sıx birləşmişdir. Bu isə Azərbaycana qarşı məkrli planlar quranları ciddi narahat edir.
Bu gün istər AŞ PA-da, istər də digər təşkilatlarda Azərbaycana qarşı qərəzli, böhtançı qərar və bəyanatlar hazırlayan qüvvələr bilməlidirlər ki, xalq onları qətiyyətlə rədd edir. Biz öz doğma torpaqlarımızı azad edib ora qayıdacağıq! Bu qayıdış daha möhtəşəm olacaq!”.




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
“Ayasofya ilə bağlı ittihamlar Türkiyənin suverenlik haqqına birbaşa hücumdur“
03.07.2020
“Sərəncam Prezidentin media üçün təklif etdiyi yeni baxış modelidir”
03.07.2020
Ön cəbhənin ağ xalatlı qəhrəmanları!
03.07.2020
Prezident daim tutarlı faktlar və məntiqi arqumentlərlə işğalçı ölkəni ifşa edib
30.06.2020
Təəssüflər olsun ki, Ermənistan atəşkəs arxasında gizlənərək təcavüzü davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11544

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info