“Lragir.am”: “ Ermənistan ümidini Azərbaycana bağlayıb”
Tarix: 18.10.2013 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Azərbaycan səfirinin Moskvadakı son hadisələrlə bağlı bəyanatı İrəvanda belə qiymətləndirilir: “Diplomat belə olar!”
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Moskvadakı son hadisələr və 25 yaşlı rusu öldürməkdə şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovla bağlı başlayan qalmaqalla bağlı verdiyi bəyanat Ermənistanda həsədlə qarşılanıb.
“lragir.am” erməni saytı Polad Bülbüloğlunun bəyanatından bəhs edərək Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayanın ölkəsinin maraqlarını qorumaq əvəzinə necə susmasından söz açıb.
Sayt xatırladır ki, Azərbaycan səfiri Moskvanın Biryulevo rayonunda baş verənlərlə bağlı sərt danışaraq, Rusiyanın bu isterikanı dayandırmayacağı təqdirdə “bumeranq effekti ilə qarşılaşa biləcəyini” xatırladıb. “Lragir.am” qeyd edir ki, bu yaxınlarda Ermənistan vətəndaşı Qraçya Arutyunyan Moskvada ehtiyatsızlıq üzündən qəza törədib 18 adamın ölümünə səbəb olanda və xəstəxanadan məhkəməyə qadın xalatında aparılanda erməni səfir Oleq Yesayan həmkarı Polad Bülbüloğlundan fərqli olaraq cınqırını da çıxarmadı. Bu insidentin nəticəsi isə Ermənistanın Gömrük İttifaqına girməsi oldu.
Adıçəkilən elektron nəşr qeyd edir ki, Rusiya Azərbaycandan iqtisadi maraqlar, Qarabağa “çıxış”, Gömrük İttifaqına daxil olmaq və s. tələb edə bilər. Lakin Bakı razı deyil, yaxud arqumentlər irəli sürərək qiyməti qaldırır. Ermənistan isə dinməz-söyləməz Rusiyanın dediyini etdi.
“Lragir.am” daha sonra yazır: “Ermənistanın Rusiyadakı səfiri isə erməni maraqlarının müdafiəsinə qalxmadı, şantaja müqavimət göstərmədi. “Müqavimət faydasızdır” - onun mövqeyi belədir. İndi Yesayanın və bütün Ermənistanın ümidi Azərbaycana, onun müqavimət göstərmək qabiliyyətinə və Polad Bülbüloğlunun peşəkarlığına bağlıdır. O, necə lazımdırsa, elə diplomatdır: “Tərəvəz bazasının işçisi adam öldürür, bazanı bağlayırlar. Əgər o, kosmik zavodda işləsəydi necə?”
Azərbaycan Ermənistandan fərqli olaraq Rusiyanı Qarabağa buraxmır. Bu məsələdə Ermənistanla Azərbaycanın maraqları üst-üstə düşür”.

Tural





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info