“Tarixi reallıqları deməkdən çəkinməməliyik“
Tarix: 06.06.2020 | Saat: 14:09:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyev Tərtər İdman Olimpiya Komplekqsinin açılışında bir çox vacib məqamlara toxundu.
O, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə bir sıra mühüm amillərə məqamlara toxunaraq, konseptual yanaşmasını ortaya qoydu. Məşhur bir fikir var tarix millətlər və dövlətlər ondan nəticə çıxarmadıqda təkrarlanır“.

Bu fikirləri millət vəkili Ceyhun Məmmədov Milli Məclisdəki çıxışında bildirib. O onu da bildirib ki, Prezident Xalq Cümhuriyyəti ilə bağlı məsələyə artıq bir neçə dəfədir toxunur. Ancaq burada məqsəd o dövrdə cərəyan edən hadisələrin fonunda bu gün baş verən hadisələri təhlil etmək və lazım olan nəticələri çıxarmaqdır.

Bu gün burada bizimlə bu zalda əyləşən eləcə də, elmi müəssisələrimizdə çalışan dəyərli tarixçi alimlərimizin o dövrlə bağlı xüsusi əhəmiyyət kəsb edən araşdırmalarının olmasını qeyd etməklə yanaşı bir sıra məqamların üzərində xüsusi durmaq istəyirəm. Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin Cümhuriyyət irsinin öyrənilməsi ilə bağlı bir neçə mühüm sərəncamı olub.

Sonrakı dövrlərdə Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Cümhuriyyətin irsinin öyrənilməsi ilə bağlı mühüm qərarlar qəbul etmiş və sərəncamlar imzalamışdır. 2018-ci il ölkəmizdə Xalq Cümhuriyyəti ili elan edilmişdir. Silsilə tədbirlər keçirilmişdir. Etiraf etməliyik Cümhuriyyət dövründə cərəyan edən hadisələrr ölkəmizdə tam arşdırılmayıb.
Prezidentin çıxışını yanlış istiqamətdə şərh etməyə cəhd edənlər oldu. Ancaq tarixi reallıqları deməkdən də çəkinməməliyik. Bəli Cümhuriyyət çox ağır tarixi bir şəraitdə o insanların böyük fədakarlığı nəticəsində quruldu. Daxili və xarici təzyiqlər çox idi. Xalq Cümhuriyyəti ermənilərin Azərbaycana qarşı iddialarının qarşısını almaq və gələcəkdə bu kimi iddiada olmamaları üçün bu addımı atdılar.

Ancaq ermənilər iddialararına son qoydularmı?

Əksinə sonrakı illərdə də müxtəlif iddialarla çıxış etdilər və 88-ci illərdən başlayaraq Dağlıq Qarabağın işğalı məqsədilə Azərbaycanlılara qarşı iddialar səsələndirməyə başladılar. Bu gün də onlar yeni arzu və iddialarla yaşayırlar. Ancaq Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bu cəhdlərin qarşısı alınacaq. Bütün bunlar bizdən o dövrlə bağlı araşdırmaların dərin aparılmasını və yeni tədqiqatların ortaya qoyulmasını tələb edir.




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
“İctimai qınaq mexanizmi bir sıra ölkələrdə effektiv mübarizə üsulu kimi özünü göstərməkdədir”
03.07.2020
Ukrayna XİN başçısının müavini Əminə Caparova Azərbaycana təşəkkür edib
02.07.2020
Prezident İlham Əliyev: Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11544

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info