Hansı ölkələrdə daha çox çörək yeyilir?
Tarix: 06.06.2020 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Çox yeyənlərin sırasında Azərbaycan da var

Xəbər verdiyimiz kimi, bu gün – 6 iyun saat 00:00-dan başlayaraq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 8 iyun saat 06:00-dək sərt karantin rejimi tətbiq olunur.
Yeniavaz.com xəbər verir ki, iki günlük sərt karantin rejimi səbəbindən insanlar dünən mağazalara axın ediblər. Nəticədə ərzaq mağazalarında çörək qıtlığı və uzun növbələr qeydə alınıb.
Dünən müşahidə oluna bu mənzərə Azərbaycan əhalisinin qida rasionunda çörəyin nə qədər əhəmiyyətli yer tutduğunu da göstərir.
Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibi"nə daxil edilən ərzaq məhsullarının miqdarını sonuncu dəfə 2015-ci ildə müəyyən edib. Həmin qərar görə Azərbaycanda sağlamlığını və həyat fəaliyyəti minimum səviyyədə təmin edə bilmək üçün əmək qabiliyyətli bir adam gün ərzində 380 qram çörək və çörək məhsullarından istifadə etməlidir.

Açıqlanan rəsmi statistika isə göstərir ki, Azərbaycan əhalisinin çörək istehlakı minimum səviyyədən yüksəkdir. Açıqlanan sonuncu rəsmi məlumatda göstərilir ki, bu ilin aprel ayı ərzində Azərbaycanda 117 min 200 kiloqram çörək istehsal olunub. Bu isə o deməkdir ki, gün ərzində adambaşına düşən çörək istehsalı təxminən 390 qrama bərabər olub.

Onu da bildirək ki, bu göstəriciyə görə Azərbaycan dünyada ilk sıralarda yer alır.

Müqayisə üçün qeyd edək ki, dünyada ən çox çörək istehlak edilən ölkə qonşu Türkiyə hesab olunur və bu ölkədə adambaşına düşən gündəlik çörək istehlakı təxminən 500 qrama yaxındır. Hətta Türkiyə çörək istehlakına görə “Ginnesin rekordlar kitabı”na da düşüb.

Misir və İranda çörək istehlakı Türkiyədən az olsa da, Azərbaycanla müqayisədə çoxdur. Misirdə adambaşına düşən gündəlik çörək istehlakı 450, İranda isə 400 qramdan çoxdur. Başqa bir Yaxın Şərq ölkəsi Suriyada bu göstərici 350 qramdır.
Avropa ölkələri arasında çörək istehlakı ən çox Bolqarıstanda qeydə alınıb. Bolqarıstanda hər bir şəxs gün ərzində orta hesabla 270 qram çörəkdən istifadə edir. Bu göstərici Danimarka və İrlandiyada təxminən 190 qram, Rusiyada 170 qram, Almaniyada 160 qram, Fransada 140 qram, İspaniyada 130 qram, İtaliyda 120 qram, Böyük Britaniyada 110 qram, Ukraynada 100 qram olub.




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
“ASAN xidmət” mərkəzləri bu günlərdə işləməyəcək
03.07.2020
Hikmət Şikarov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
02.07.2020
Azərbaycan polisi – xalqa və dövlətçiliyə sarsılmaz sədaqət nümunəsi
02.07.2020
Pandemiya dövründə infrared termometrlərin əhəmiyyəti
01.07.2020
Sabahdan Bakıdakı polis postları ləğv edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11544

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 Ev şəraitində Xan kababı-VIDEO
4 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
5 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info