“İzvestiya”: Paşinyan hökumətinin reytinqi karantinə qədər də düşürdü, indi də düşür
Tarix: 06.06.2020 | Saat: 18:04:00 | E-mail | Çapa göndər



Paşinyan hökumətinin reytinqi karantinə qədər də düşürdü, indi də düşür.

AZƏRTAC xəbər verir ki, politoloq Artur Atayev bu fikri “İzvestiya” qəzetinə müsahibəsində Ermənistanda koronavirusun yayılması ilə bağlı faciəli vəziyyəti şərh edərkən söyləyib. “Xəstə mövzu: Ermənistan nə üçün koronavirus üzrə rekordçudur” sərlövhəli məqalədə qəzet Ermənistanın koronavirus üzrə “antirekordu” haqqında yazır.
Məqalədə deyilir: “Ermənistan koronavirusa yoluxanların və bu səbəbdən ölənlərin sayı üzrə Zaqafqaziyada birinci yeri tutur. Respublikada 11.221 pasiyentdə infeksiya aşkar edilib, 176 nəfər ölüb. Əhalisinin sayı Ermənistandan üç dəfəçox olan Azərbaycanda 6260 insan yoluxub, 76 nəfər həlak olub. Gürcüstanda bütün pandemiya dövründə 800 yoluxma, 13 ölüm qeydə alınıb”.

Məqalənin müəllifi İqor Karmazinin fikrincə, ölkədə infeksiyanın yayılmasına qarşı mübarizə üzrə radikal tədbirlər görülməsinə baxmayaraq, nə məmurlar məhdudiyyətlərə riayət edirdi, nə də sakinlər. Məqalədə deyilir: “Məmurlar özləri səhlənkar münasibətə təhrik edirdilər. Səhiyyə naziri Arsen Torosyan yazın əvvəlində keçirdiyi mətbuat konfransında bu tədbirə maska taxmış vəziyyətdə gəlmiş jurnalistləri lağa qoyurdu. Torosyan bildirirdi ki, koronavirusu təhlükəli hesab etmir. O deyirdi: “Spesifik dərmanlar lazım deyil. Ümumiyyətlə, onu adi qrip kimi müalicə edirlər”. Başqa siyasətçilər də məhdudlaşdırıcı tədbirlərə məhəl qoymurdular. Ermənistan parlamentinin deputatları arasında vuruşmanın videosu şəbəkədə geniş yayılmışdı. Mayın 8-də onlar kommunal ödənişlərlə bağlı fikir ayrılıqlarına görə əlbəyaxa oldular. Aydındır ki, dalaşqan deputatlar sosial məsafəyə riayət etmirdilər. Mayın 21-də qondarma “dağlıq qarabağ respublikası”nın (“dqr”) yeni “prezidenti”nin inaqurasiyasından sonra daha bir qalmaqal qopdu. Sosial şəbəkələrdə yayılmış fotoşəkillərdə görünür ki, Ermənistan və “dqr” hökumətlərinin üzvləri sosial məsafəyə və qoruyucu maskalara məhəl qoymurlar. Bütün bunların nəticəsində vətəndaşlar arasında da karantinə sərin münasibət yarandı”.
Politoloq Artur Atayev vəziyyəti şərh edərək bildirib ki, Ermənistan hakimiyyətinin inamsız hərəkətləri (təsirləri) etiraz əhval-ruhiyyəsinin güclənməsinə gətirib çıxara bilər. Ekspert deyir: “Paşinyan hökumətinin reytinqi karantinə qədər də düşürdü, indi də düşür”. Bunun hansı nəticələrə gətirib çıxaracağı məlum deyil. Yaxın gələcəkdə etiraz aksiyaları başlanmasını istisna etmirəm. Bir sıra siyasi qüvvələr, ilk növbədə vaxtilə Paşinyanın silahdaşları olmuş, lakin indiki hakimiyyətdə özlərinə yer tapa bilməmiş adamlar bu vəziyyətdən istifadə etməyə hazırdırlar. Ambisiyalı gənclər tezliklə vəziyyəti daha da qızışdıra bilərlər”.




 
Bölməyə aid digər xəbərlər
04.07.2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 477 nəfərə çatıb
04.07.2020
Son gündə Ukraynada 914 nəfər koronavirusa yoluxub
03.07.2020
“Rusiya ölkəyə miqrant axınında maraqlıdır“
03.07.2020
Rusiyada daha 176 nəfər koronavirusdan ölüb
03.07.2020
Qazaxıstan hökuməti Rusiyada dezinfeksiya tunelləri sifariş verib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info