Venesuela “bir həftədən bir” iş rejiminə keçir
Tarix: 06.06.2020 | Saat: 20:56:00 | E-mail | Çapa göndər






Venesuela hökuməti koronavirus üzrə karantin qaydalarını dəyişib. Yeni qaydalara əsasən, 7 günlük iş həftəsi hər kəs üçün həftəlik fasilələrlə əvəz olunacaq.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, daha əvvəl rəsmi Karakas sanitar məhdudiyyətlərinin daha ciddi formulunu - 5+10-nu tətbiq edirdi. Vətəndaşlar 10 gün istirahət edir, 5 gün işləyirdilər.

"Yumşalmanın birinci həftəsi çox yaxşı keçdi, vətəndaşlar düşüncə və vicdan nümunəsi göstərdilər. İndi biz sanitariya tədbirlərinin ciddi şəkildə yerinə yetirilməsi şərtilə 7+7 - yeddi günlük karantindən sonra yeddi gün iş - formuluna keçirik", - deyə Venesuela Prezidenti Nikolas Maduro
"Twitter"dəki mikrobloqunda yazıb.

7 + 7 metodu virusun yayılmasına həssas olan sərhədyanı rayonlarda tətbiq edilməyəcək.

Hökumətin COVID-19 epidemiyasına qarşı mübarizə tədbirləri iqtisadiyyatın 10 əsas sektorundan olan şirkətlərin işləməsinə imkan verir, baxmayaraq ki, Vitse-prezident Delsi Rodrigez önümüzdəki həftə hazırda işləməsinə qadağa qoyulmuş sənaye sahələrinin müraciətlərini nəzərdən keçirməyi vəd etmişdi.
Səhiyyə Nazirliyinin son məlumatına görə, Venesuelada 2145 COVID-19-a yoluxma hadisəsi aşkarlanıb, 20 nəfər ağırlaşma nəticəsində dünyasını dəyişib.




 
Bölməyə aid digər xəbərlər
04.07.2020
İranda koronavirusdan daha 148 nәfәr ölüb
04.07.2020
Türkiyə parlamentinə yeni sədr seçiləcək
04.07.2020
“Air France“ 7 mindən çox işçini ixtisar edəcək
04.07.2020
Koronavirus qurbanlarının sayı 500 mini keçib
04.07.2020
Malidә namәlum şәxslәr 32 kәndlini qәtlә yetirib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info