Neftçalada içməli su problemi aradan qaldırılıb
Tarix: 06.06.2020 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Neftçala rayonunda Kürün deltasında ilk dəfə olaraq Xəzər dənizinin suyu çaya qarışıb. Nəticədə Neftçala şəhəri də daxil olmaqla, bir sıra kəndlərdə içməli su problemi yaranıb.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, vəziyyətin ciddiliyi nəzərə alınaraq Neftçala Rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradılıb. Rayon ərazisində dərhal mövcud problem araşdırılıb və su çatışmamazılığı olan bütün ərazilər müəyyən olunub. Operativ Qərargahın nəzarəti "Azərsu" ASC tərəfindən Neftçala rayonu və kəndlərdə yaranan içməli su qıtlığı ilə bağlı əlavə tədbirlər həyata keçirilib.
Yenikənd, Qırmızı Şəfəq, Kürkənd, 1№-li Mayak, 2№-li Mayak və Şirvanlı kəndlərinin modul tipli sutəmizləyici qurğularına boşaldılıb. Eyni zamanda xüsusi ayrılmış iritutumlu su maşınları vasitəsilə mütəmadi olaraq Neftçala şəhərində Heydər Əliyev prospekti, M.Əsədov, A.Cəfərov, 20 yanvar, M. Qorki, Üzeyir Hacıbəyov küçələrində ümumilikdə 30-dan çox binaya və məhəllələrə su təminatı həyata keçirilib. Bundan başqa 1№-li Mayak, Qırmızı Şəfəq, Mikayıllı, Uzunbabalı və digər kəndlərə, həmçinin Bankə qəsəbəsinə maşınlar vasitəsilə su çatdırılıb.
Mövcud problemin həlli istiqamətində aparılan tədbirlər nəticəsində içməli su ilə təminat məsələsi həllini tapıb.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, vəziyyət nəzarətindədir növbəlilik prinsipinə uyğun olaraq su ilə təmin olunmayan ərazilərin ardınca təkrar olaraq digər ünvanlara da su çatdırılacaq.
Əlavə olaraq hər hansı problem yarandıqda sakinlər Rayon İcra Hakimiyyətinin yerlərdə olan icra nümayəndəliklərinə və ya AzərSu ASC-in qaynar xəttinə (+99455 457 92 27) müraciət edə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
Ramin Bayramlı: Naxçıvanda indiyə kimi 142 yoluxma aşkarlanıb, 126 nəfər sağalıb, 11 nəfər vəfat edib
03.07.2020
Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı, 7 nəfər öldü
02.07.2020
Bütün ölkə ərazisində 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir
02.07.2020
Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq uşaq bağçasının təməli qoyulub
01.07.2020
Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxdu, 346 nəfər sağaldı, 7 nəfər öldü

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info