DSMF-yə qeyri-büdcə sektoru üzrə daxilomalar xeyli artıb
Tarix: 18.10.2013 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


İlkin məlumatlara əsasən, 2013-cü ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1977,9 mln. manat təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 37,3 mln. manat və ya 1,9 faiz çoxdur. Bu barədə fonddan qəzetimizə məlumat verilib. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 36,4 mln. manat və ya 3,4 faiz yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 12,0 faiz və ya 120,4 mln. manat artaraq 1120,8 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,3 faizi və ya 709,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 104,4 mln. manat və ya 17,3 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 15,2 faiz və ya 97,4 mln. manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 40,7 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 18,5 faiz artıb.
2013-cü ilin yanvar-sentyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 411 mln. manat təşkil edib. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4,9 mln. manat təşkil edib. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.
2013-cü ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1890,5 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 1847,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 73,0 mln. manat və ya 4,1 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 4,1 faiz və ya 70,6 mln. manat artaraq 1803,5 mln. manat təşkil edib. Prezidentin müvafiq sərəncamına əsasən, 2013-cü ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,1 faizlik (2012-ci ilin istehlak qiymətləri indeksinə uyğun), 1 sentyabrından isə baza hissəsinə 15 manatlıq artım tətbiq olunub.
2013-cü ilin yanvar-sentyabr aylarında əhaliyə 44,0 mln. manat məbləğində məcburi dövlət sosial sığorta haqqı hesabına müavinət ödənilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info