Bakıda Mayami beynəlxalq qısametrajlı film festivalının nümayişi
Tarix: 18.10.2013 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


“YARAT!” Müasir İncəsənət Məkanı və “28 Cinema”nın birgə təşkilatçılığı ilə Bakıda “Miami Short” film festivalı başlayıb.
Mayamidə keçirilən beynəlxalq qısametrajlı filmlər festivalının ən yaxşı filmləri paytaxtımızda nümayiş etdirilir.
Filmlərin nümayişi “28 Cinema”da oktyabrın 23-dək davam edəcək. Festivalın bütün seanslarına biletin qiyməti xüsusi olaraq 5 manat təşkil edir.
Kinoteatr əvvəlki festivalın ən yaxşı işlərini toplayaraq saatyarımlıq proqramda birləşdirmiş və bütün dünyadan peşəkar kinematoqrafçıların müxtəlif, keyfiyyətli, maraqlı işlərini görmək fürsəti yaradıb. Kukla və çəkilmiş animasiya, rəngli və ağ-qara filmlər, oyunlu, musiqili və sənədli kino. Dünyaya kiçik boy hündürlüyündən, reallığın əks tərəfindən, əbədilik gözləri ilə baxışlar.
Bütün bunlar kinoalmanaxdır. Qısametrajlı filmlərin beynəlxalq festivalı hər il Mayamidə keçirilir və öz möhtəşəmliyi ilə tamaşaçıların böyük rəğbətini qazanıb. Festivalda dünyanın bir çox ölkələrinin filmləri nümayiş olunur.
2011-ci ildə yaradılmış “YARAT!” Müasir İncəsənət Məkanı Azərbaycanda və ölkədən kənarda müasir incəsənətin irəliləyişi, təbliği və inkişafı ilə məşğul olan qeyri-kommersiya təşkilatıdır. Bu təşkilatın əsas hədəf və məqsədi yeni başlayan və artıq formalaşmış rəssamlar üçün Azərbaycanda yaradıcı platforma yaratmaqdır.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “Platınum Movıe Suıtes” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info