“Şəffaflığın və informasiya azadlığının təmin edilməsi” mövzusunda təlim keçirilib
Tarix: 18.10.2013 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Oktyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) təşkilatçılığı ilə “Şəffaflığın və informasiya azadlığının təmin edilməsi” mövzusunda təlim keçirilib.
AQUPDK sədrinin müavini Aynur Sofiyeva tədbirin Azərbaycan Prezidentinin 2012- ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətinin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasına həsr olunduğunu bildirib.
Tədbirin əhəmiyyətini qeyd edən A.Sofiyeva bu cür təlimlərin təbliğat işlərinin gücləndirilməsi məqsədilə keçirildiyini diqqətə çatdırıb.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı respublikamızda insan hüquqlarının təmin olunması istiqamətində aparılmış hüquqi islahatlar, eyni zamanda, Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın bu sahədə həyata keçirdiyi fəaliyyət haqqında ətraflı məlumat verib.
A.Səfixanlı dövlətimizin başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş və uğurla həyata keçirilən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası ilə bağlı məsləhətləşmələrin aparıldığını, regional ictimai dinləmələrin keçirildiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Anar Hüseynov “ASAN xidmət” mərkəzlərinin fəaliyyət istiqamətləri və prinsipləri barədə məlumat vermişdir. Bildirilib ki, “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.
Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilmiş, müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info