18 oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr olunmuş bilik yarışması
Tarix: 18.10.2013 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə Naxçıvan Dövlət Universitetinin fizika– riyaziyyat fakültəsinin riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alan təcrübəçi tələbələrinin iştirakı ilə 18 oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr olunmuş, məktəbin VIII sinf şagirdləri arasında bilik yarışması keçirildi. Bilik yarışmasının yekununda çıxış edən, Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin direktoru, Əməkdar müəllim Namiq Məmmədov Azərbaycan xalqının milli müstəqillik uğrunda çoxəsrlik mübarizəsindən bəhs etdi. Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Nəcəfov çıxışında vurğuladı ki, belə tədbirlər şagirdlərin vətənpərvərlik ruhunda, dövlətçilik və Vətənə sədaqət ideyaları altında tərbiyə olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə tədbirə yekun vuraraq qeyd etdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında mühüm tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa edildi. Natiq çıxışında bu müstəqilliyin qorunub saxlanılmasında əvəzsiz rolu olan, Azərbaycanın gündən-günə güclənən siyasi və iqtisadi potensialının formalaşmasının əsasını qoyan ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin əvəzsiz xidmətlərindən danışdı. onra, Seyid Surə qalib gələn şagirdləri Naxçıvan Dövlət Universitetinin fəxri fərmanı və hədiyyələrlə təltif etdi. etodistlərin təşkilatçılığı ilə keçirilən tədbirdə, şagirdlərin ifalarında şerlər, xalq mahnıları, rəqslər ifa edildi. Tədbirə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin tədris işləri üzrə direktor müavini Həsən Həsənov yekun vurdu.
Mina Qasımova




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir
16.10.2019
Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
16.10.2019
Prezident: Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir
16.10.2019
Prezident Mayıl Əhmədovu “Əmək” ordeni ilə təltif edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info