Leonidas Donskis: “Ermənistan dostu olmayan dövlətdir”
Tarix: 18.10.2013 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


“Faktiki olaraq Ermənistan Rusiyasız xarici siyasət həyata keçirmək iqtidarında deyil”

Avropa İttifaqı ilə münasibətlərdə kifayət qədər problem yaşayan Ermənistanın Gömrük İttifaqına üzv olmaqla bağlı bəyanatı bu ölkəni çətin vəziyyətə salıb. Eyni vaxtda həm Gömrük İttifaqında, həm də Avropa ilə assosiativ əməkdaşlıqda olmaq mümkün deyil. İrəvan rəhbərliyi Gömrük İttifaqını seçməyinə rəğmən, belə bir görüntü yaratmağa çalışır ki, Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır. «OSTKRAFT» agentliyi yazır ki, çətin vəziyyətdə qalan Ermənistanın əsas problemi ondan ibarətdir ki, prinsip etibarilə onun dostu yoxdur və Ermənistan tənha qalmış dövlətdir.

“Avropalıların gözündə Ermənistan problemli dövlətdir. Avropa hesab edir ki, Ermənistan xeyirdən çox ziyan verir”

Bunu agentliyin əməkdaşına Strasburqda Avropa Parlamentinin deputatları deyiblər. Agentlik yazır ki, Ermənistanın Avropa İttifaqı ilə assosiativ əməkdaşlıq etməsi ilə bağlı hazırlanmış sənədin tam mətni heç kimə bəlli deyil: «Avropa Parlamentinin dəhlizlərində gedən söhbətlərdən də belə bəlli olur ki, sənədin tam mətni ona görə açıqlanmır ki, Avropa Parlamenti özü hələ onu Avropa İttifaqından almayıb. Ermənistanın Gömrük İttifaqına üzv olacağını bəyan etməsindən sonra assosiativ sənədin tam mətnini görmək ümumiyyətlə mümkün olmayacaq. Avropa Parlamentinin deputatları hesab edirlər ki, sənədin mətni ətrafında ətraflı müzakirəni ancaq onun noyabr ayında Vilnüsdə paraflanmasından sonra aparmaq mümkündür. Ermənistanla bağlı bu, baş verməyəcəyindən, deməli həmin sənədin üzünü də görmək mümkün olmayacaq. Litva parlamentinin vitse-spikeri ötən həftə İrəvanı ziyarət etdikdən sonra bəyan etdi ki, prezident Serj Sərkisyan Vilnüs sammitində iştirak edəcək. Amma onun toplantıya hansı üzlə qatılacağı bəlli deyil.

Ziqmantas Balçitisa:
“Düşünürəm ki, Ermənistan yanlış seçim etdi”

Məlum olan təkcə o faktdır ki, Ermənistan Vilnüsdə assosiativ əməkdaşlıq haqqında sənədi imzalamayacaq. Bəlkə də Ermənistanın belə bir istəyinin olması ilə bağlı hansısa formal bəyanat qəbul oluna bilər. Litva parlamentinin üzvü Ziqmantas Balçitisa hesab edir ki, Avropa İttifaqı Ermənistanı bir kənara itələməməlidir. Əksinə fərqli inteqrasiya yolu seçən Ermənistanla yeni əməkdaşlıq formaları tapılmalıdır: «Biz həmişə dialoq üçün yeni yollar axtarmalıyıq. Hətta fərqli yol seçmiş dövlətlər olsa belə. Bizim gələcəkdə Rusiya ilə də yaxşı ticarət münasibətlərimiz olacaq. Eyni zamanda bizim üçün 500 milyon nəfərlik Avropa bazarı da həyati əhəmiyyət daşıyır. Fərqli mövqe tutmağımıza, barrikadaların fərqli tərəfində qərarlaşmağımıza baxmayaraq, biz bir-birimizə sıx bağlıyıq. Doğrudur, biz ümid edirdik ki, Ermənistan Avropa İttifaqı ilə əməkdaşlıq sənədini imzalayacaq. Amma onlar fərqli mövqe ortaya qoydular. Düşünürəm ki, Ermənistan yanlış seçim etdi.

Yustas Paleçkis:
“Gömrük İttifaqında olmaqla “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığı necə inkişaf etdirmək məsələsinə baxılır”


Ümumiyyətlə, bu gün bir ittifaqda olub, sabah başqa ittifaqa keçmək doğru deyil”. Avropa Parlamentinin Litvadan olan deputatı Yustas Paleçkis hesab edir ki, Avropa İttifaqı Ermənistanın üzünə qapıları bağlamamalıdır: “Biz Avropa Birliyinin komissarı Ştefan Füle ilə bu məsələni açıq şəkildə müzakirə etmişik. O, bizimlə açıq söhbətində çox vacib məsələyə toxunaraq bildirdi ki, Gömrük İttifaqında olmaqla “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığı necə inkişaf etdirmək məsələsinə baxırlar. Bu, onlar üçün də bir eksperimentdir. Əgər nəticə uğurlu olarsa, bu, Ukrayna, Gürcüstan və Azərbaycan üçün də yaxşı ola bilər”. Avropa Parlamentinin Litvadan olan başqa bir üzvü Leonidas Donskis isə hesab edir ki, Ermənistanın başqa çıxış yolu olmadığı üçün Gömrük İttifaqını seçib: “Ermənistanın niyə bu seçimi etdiyi bəllidir. Ermənistanın bir çox dövlətlərlə ciddi problemləri var. Əsas problem də Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanladır. Hesab edirəm ki, Ermənistanın vəziyyəti çox ağırdır. Rusiya ona təminatçı dövlət kimi lazımdır. Faktiki olaraq Ermənistan Rusiyasız xarici siyasət həyata keçirmək iqtidarında deyil. Ermənistan heç bir dostu olmayan tənha dövlətdir. Ermənistanın Avropa İttifaqında strateji tərəfdaşı yoxdur. Biz, Litva dövləti Ermənistanın strateji tərəfdaşı deyilik. Ermənistanın Avropa Birliyi ilə yaxınlaşması regionun əsas oyunçularından biri olan Türkiyənin də xeyrinə ola bilər. Regionun digər əsas gücü İran da Ermənistan üçün ciddi əhəmiyyət kəsb edir. Ən azı ona görə ki, ermənilər İrandan qaz alır.

Azərbaycan nefti olan varlı dövlətdir və buna görə də ambisiyalı siyasət həyata keçirir

Rusiya isə Ermənistan üçün çox mühüm əhəmiyyət kəsb edən dövlətdir. Rusiyanın Ermənistana təsir imkanı heç vaxt zəifləməyib. Bütün halda qərarı Ermənistan verməlidir. Onlar Avropa İttifaqından tam ayrılmadan Rusiya ilə yaxınlaşmanı davam etdirməyin yolunu tapmalıdır. Bu məsələdə bizim də səhvlərimiz olub. Avropa İttifaqı heç vaxt Ermənistana faydalı dövlət kimi yanaşmayıb. Açıq şəkildə bildirirəm ki, iş yerim olan Avropa Parlamentində Azərbaycan və Türkiyənin mövqeyinin çatdırılmasında heç vaxt çatışmazlıq olmayıb. Bu qüvvələr Avropa İttifaqında Ermənistana qarşı isti münasibətlərin yaranmasına imkan vermirlər. Ona görə də avropalıların gözündə Ermənistan problemli dövlətdir. Avropa hesab edir ki, Ermənistan xeyirdən çox ziyan verir. Azərbaycan nefti olan varlı dövlətdir və buna görə də ambisiyalı siyasət həyata keçirir. Belə bir yanaşma da var ki, neft varsa deməli, Azərbaycan həmişəlik Avropa İttifaqı üçün vacib tərəfdaş olacaq. ABŞ və İsraildən silah alırsa, bu, onun üçün Qərb dünyasında yer təmin edir. Amma Qərbə yol Avropa İttifaqından keçir. Fakt odur ki, Avropa İttifaqı özü də Ermənistana qucaq açmadı. Fikrimcə, Ermənistanın probelmi ondadır ki, bu ölkənin dostu yoxdur”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Ermənistan büdcəni icra etmək üçün vəsait tapmır
15.10.2019
Müxalifətçilərin “qəhrəman”a çevirdiyi qadın videomüraciətində onları ifşa etdi
14.10.2019
Kənd turizminin inkişafı kəndli üçün yeni gəlir mənbəyidir
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”
09.10.2019
Paşinyanın sərsəm bəyanatının qurbanı: xarici işlər naziri işdən qovulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info