2018-ci il Dünya Çempionatının büdcəsi açıqlandı
Tarix: 18.10.2013 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Futbol üzrə 2018-ci il Dünya Çempionatı Rusiyaya 600 milyard rubla (təqribən 14,76 milyard manat) başa gələcək. Bu barədə mundialın Təşkilat Komitəsinin sədri Denis Polyakov açıqlama verib. O, bildirib ki, vəsaitin yarısı federal xəzinə, 15 faizi regional büdcələr, qalanları isə sərmayədarlar tərəfindən ödəniləcək. Polyakovun sözlərinə görə, çempionatadək 200 infrastruktur obyekti, o cümlədən 60 mehmanxana tikilməli və ya yenidən qurulmalıdır.
Digər tərəfdən, FİFA tələblərinə əsasən, təşkilatçı ölkə çempionat üçün 12 müasir stadion təqdim etməlidir. Artıq Kazandakı stadion tikilib və bu il orada Yay Universiadası keçirilib. Sankt-Peterburq, Moskva, Saransk və Soçidə 4 stadion tikilməkdədir. Nijni-Novqorod, Volqoqrad və Samarada isə stadionlar layihələşdirmə mərhələsindədirlər. Qeyd edək ki, 2018-ci il Dünya Çempionatı Rusiyanın 11 şəhərində keçiriləcək. Sadalanan 8 şəhərdən əlavə, Kalininqrad, Rostov və Yekaterinburqda da mundialın oyunları baş tutacaq.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Barselona” səfərdə “Eybar”ı 3:0 hesabı ilə məğlub edib
19.10.2019
“Çelsi”, “Lester” və “Mançester Siti” qalib gəlib
19.10.2019
“Barcelona“da Neymarın qayıtmasını istəməyən insanlar var”
19.10.2019
“El Klassiko“ nə vaxt oynanılacaq?- dekabrın 4-ü, yoxsa 18-i?
19.10.2019
İspaniya çempionatının IX turuna start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info