Qriqori Karasin: “Biz Azərbaycanla münasibətləri yüksək qiymətləndiririk”
Tarix: 18.10.2013 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


Rusiyada millətlərarası məsələlər və miqrasiya siyasəti üzrə ombudsman vəzifəsi yaradıla bilər

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib ki, Rusiya Azərbaycanla münasibətləri yüksək qiymətləndirir və əlaqələrin inkişafının sağlam məntiqinə və qanuna uyğun olaraq ehtiyatla hərəkət edəcək.
Diplomat deyib: “Biz istəmirik ki, baş vermiş hadisə münasibətlərimizin zərərinə şərh edilsin. Əminik ki, bu hadisənin istər Rusiyada, istərsə də Azərbaycanda millətçi meyillərin qızışdırılmasının qarşısını almağa təmkinimiz və sağlam düşüncəmiz çatacaq. Bizim mövqeyimiz budur və belə də qalacaq. Rusiya müxtəlif millətlərin nümayəndələri arasında maraqların tarazlığını yüksək qiymətləndirən çoxmillətli dövlətdir”. Onu da qeyd edək ki, Rusiya Federasiyasında millətlərarası məsələlər və miqrasiya siyasəti üzrə ombudsman vəzifəsi yaradıla bilər. “İzvestiya” qəzetinin xəbərinə görə, belə bir təşəbbüslə Rusiya prezidenti yanında millətlərarası əlaqələr üzrə Şura çıxış edib. Şuranın nümayəndələri təşəbbüs barədə oktyabrın 22-də Ufada keçiriləcək iclas zamanı prezident Vladimir Putinə məlumat verməyi planlaşdırırlar. Belə vəzifə təsis edilsə, yeni ombudsman eyni zamanda qanunsuz miqrantların ölkədən çıxarılması ilə bağlı səlahiyyətlərə də malik olacaq. Millətlərarası əlaqələr üzrə Şuranın üzvü Aslambek Paskaçev bildirib ki, millətlərarası sülh məsələsi ilə bağlı regionlarda monitorinqlər aparılması məsələsi çoxdandır qaldırılır: “Bunun üçün birbaşa prezidentə tabe olacaq və bu məsələləri nəzarətdə saxlayacaq xüsusi bir şəxs lazımdır. Mən bunu dəstəkləyirəm. Ölkədə millətlərarası əlaqələrin dərəcəsini mütəmadi olaraq yoxlamaq lazımdır”. Şuranın digər üzvü, deputat Viktor Vodolatski isə millətlər və miqrasiya məsələləri üzrə nazirlik təsis edilməsini zəruri sayır: “Prezident yanında yeni vəzifənin təsis edilməsi məsələsi çox ciddidir və bir insan çətin ki, bütün bu sahələri əhatə edə bilsin. Millətlərarası problemlərin həlli üzrə siyasəti müəyyən edəcək nazirlik lazımdır”.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir
16.10.2019
Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
16.10.2019
Prezident: Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir
16.10.2019
Prezident Mayıl Əhmədovu “Əmək” ordeni ilə təltif edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info