Dnestryanıda kəndlər boşalır
Tarix: 18.10.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Tanınmamış “Dnestryanı Moldova Respublikasının” nəzarəti altında olan ərazidə yerləşən Dubossarı rayonunun Dubovo və Novıy Qoyan kəndlərinin 920 sakinindən indi cəmi 520 nəfəri qalıb. Yerli administrasiyanın rəhbəri bildirib ki, 1990-cı ildən bəri bu kəndlərin əhalisinin sayı, demək olar ki, iki dəfə azalıb.
Göstərilən kəndlərin bir çox sakinləri daimi yaşayış və ya qazanc dalınca xarici ölkələrə gediblər. Dubovo Kommunası ərazisində ölüm halları doğum göstəricisindən, demək olar ki, iki dəfə yüksəkdir: bu il orada cəmi üç körpə doğulub, beş nəfər dünyasını dəyişib. KİV-lər yazır: “Qoy bunu pessimizm hesab etsinlər, yəqin ki, gedənlər heç vaxt qayıtmayacaqlar. Onların xaricdə doğulmuş övladları isə buraya heç vaxt gəlməyəcəklər. Axı niyə gəlsinlər? Kənddə demək olar ki, heç bir iş yoxdur. İşləmək qabiliyyəti olan bəzi kəndlilər torpaq icarəyə götürürlər, amma onların çoxu güc-bəla ilə dolanır və nəticədə işi atırlar”.
Son 10 ildə kənd əhalisinin xeyli hissəsi mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmayıb, yeganə artezian quyusu isə əhalinin suya olan tələbatını ödəmir.
2000-ci ildə Dubovoya qaz kəməri çəkilib. Bir neçə il əhalinin dörddə bir hissəsi, məktəb və feldşer-mama məntəqəsi “mavi yanacaq” aldı, sonra gözlənilmədən hər şey dayanıb. Dubovo Kommunası administrasiyasının nümayəndəsi deyir: “Təəccüblüdür ki, yerli mətbuatda kommunanın tamamilə qazlaşdırılması xəbəri verilmişdi. Prosesin dayandırılmasının səbəbi gülməlidir: layihə itdi. Bu sənəd bərpa olunanadək biz nələr çəkdik! Layihəsiz fərdi evlərə qazı 20 min Dnestryanı rubluna (təqribən 1,8 min ABŞ dollarına) çəkirdilər, lakin heç kəs razılaşmırdı. Administrasiyanın nümayəndəsi bildirir: “Reallıq göstərir ki, sol sahildəki bir çox kəndlərin sakinləri heç bir perspektiv görmürlər”.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info