“Azərbaycan sürətlə inkişaf edib, xalqın rifahı yüksəlib”
Tarix: 18.10.2013 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Klaus Şvab: “Sizin hakimiyyətiniz Azərbaycana
sabitlik və iqtisadi inkişaf bəxş edib”


Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab Azərbaycan Prezidentini təbrik edib:
“Hörmətli cənab Prezident,
Prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq duyuram. Ötən prezidentliyiniz dövründə Azərbaycan sürətlə inkişaf etmiş, xalqın rifahı yüksəlmişdir. Sizin hakimiyyətiniz Azərbaycana sabitlik və hətta dünya iqtisadi böhranının da təsir edə bilmədiyi iqtisadi inkişaf bəxş etmişdir. Belə mürəkkəb dövrdə bu, heç də asan iş deyildir. Amma Sizin hökumətinizin uğurlu siyasəti ölkədə regiona nümunə ola biləcək rəqabətədavamlı iqtisadiyyat qurmağa nail olmuşdur. Mən Sizin karbohidrogen sənayesini şaxələndirməyə, informasiya texnologiyaları və telekommunikasiya kimi gələcəyin sənaye sahələrinin inkişafına yönəlmiş səylərinizi yüksək qiymətləndirirəm.
Dünya İqtisadi Forumu ilə Azərbaycan Hökuməti arasındakı əlaqələrə böyük dəyər verdiyimi, aktual məsələləri və vacib problemləri müzakirə etmək üçün Sizi illik iclaslarımızda görməkdən böyük məmnunluq duyduğumu bildirmək istərdim. Yanvarda Sizi Davosda səbirsizliklə gözləyirəm”. Mərakeş Kralı VI Mohammed, Nyu-Meksiko ştatının qubernatoru Susana Martinez, 1997-2002-ci illərdə Bolqarıstan Prezidenti Peter Stoyanov, Fransa-Azərbaycan Ticarət Palatasının sədri Jan Perrən, Koreya Respublikasının Yeni Hüdud Partiyasının sədri Hvanq Vu Ye, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri- Enrike Akkorsi Opazo, Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardoso, Kolumbiya Respublikasının senatoru Alexandra Morena Pirakive, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyagin, Rusiya Müftilər Şurasının və Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Dini İdarəsinin sədri Müfti şeyx Ravil Qaynutdin, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Ərən də dövlət başçısını təbrik edib.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Azərbaycanda startaplara 7 milyon manata qədər kredit ayrıla bilər
17.10.2019
Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır
17.10.2019
Erməni silahlıları atəşkəsi minaatanlarla pozdu
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info