“Rusiya Azərbaycanla münasibətlərin qədrini bilir”
Tarix: 18.10.2013 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


“Rusiyada heç vaxt antiazərbaycan kampaniyası aparılmayıb, aparılmır və aparılmayacaq”

“Baş vermiş hadisə barədə mətbuatda çox şərhlər verilib və siyasətçilər tərəfindən çox bəyanatlar səslənib. İnsanların emosiyaları anlaşılandır, lakin mən qeyd etmək istəyirəm ki, Rusiyanın bu məsələyə diqqəti cinayətdə şübhəli bilinən şəxsin milli mənsubiyyəti ilə bağlı deyil, sadəcə, bu işin səs-küylü olması ilə əlaqədardır. Ola bilər ki, Rusiya mətbuatındakı bəzi materiallar hüquqi nöqteyi-nəzərdən qüsursuz deyil, lakin mən sizi əmin etmək istəyirəm ki, Rusiyada heç vaxt antiazərbaycan kampaniyası aparılmayıb, aparılmır və aparılmayacaq”.
Bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. O bildirib ki, Rusiya Azərbaycanla münasibətlərin qədrini bilir: “Məhkəmənin qərarı nə olursa olsun, biz bu epizodun ölkələrimiz arasındakı münasibətlərə, Rusiyada çalışan və ölkəmiz üçün böyük və vacib işlər görən azərbaycanlılara olan xoş hisslərimizə təsir göstərməməsi üçün hər şeyi edəcəyik”. Səfir xatırladıb ki, oktyabrın 9-dan 10-na keçən gecə Moskvada böyük ictimai rezonans doğuran qətl hadisəsi baş verib: “Bu rezonans onunla şərtlənib ki, ertəsi gün həmin rayonda belə demək mümkündürsə, xalq yığıncağı, etiraz aksiyası keçirilib və bu, polislə kütləvi toqquşmalara, dava-dalaş və talanlara çevrilib. Bu hadisələrin kökündə Rusiyada yaşayan miqrantların, o cümlədən qeyri-leqal miqrantların bir hissəsinin kriminal və antisosial davranışları ilə bağlı yığılıb qalan problemlər dayanır. Oktyabrın 15-də cinayətin törədilməsində şübhəli bilinən şəxs - Orxan Zeynalov saxlanılıb.

“Əminəm ki, yaxın vaxtlarda Azərbaycan səfirliyinin nümayəndələrinin saxlanılan şəxslə görüşünə icazə veriləcək”


Eyni zamanda, etiraz aksiyalarında qızışdırıcılıq mövqeyindən çıxış edən 2 nəfər saxlanılıb və onlara müvafiq ittihamlar irəli sürüb. Hazırda Rusiyanın səlahiyyətli orqanları təhqiqata başlayıb. Sizin soydaşınızın bütün prosessual hüquqları təmin olunub - onun vəkili və tərcüməçisi var. İttiham tərəfinin bütün materialları Azərbaycan dilinə tərcümə olunub. Mən əminəm ki, yaxın vaxtlarda iki ölkə arasında qüvvədə olan razılaşmalar və sənədlərə uyğun olaraq Azərbaycan səfirliyinin nümayəndələrinin saxlanılan şəxslə görüşünə icazə veriləcək. Məsələ hüquqi müstəvidədir və biz məhkəmənin qərarını gözləyirik, əminik ki, məhkəmə düzgün qərar qəbul edə biləcək”. Rusiyalı diplomat O. Zeynalovun hansı şəraitdə yaxalanmasını da şərh edib: “Əlbəttə, bu kadrlar, belə deyək ki, xoşagələn mənzərə deyil. Lakin siz başa düşməlisiniz ki, söhbət xüsusilə ağır cinayətdə şübhəli bilinən şəxsin tutulmasından gedir. O, silahlı ola bilərdi, hansı hərəkəti edəcəyini qabaqcadan bilmək qeyri-mümkün idi və əməliyyatı xüsusi təyinatlılar keçirirdi. Belə situasiyalarda dünyanın bütün ölkələrində xüsusi təyinatlılar bu cür davranır. Lakin saxlanılan şəxsin və onun vəkilinin ilkin istintaq mərhələsində polisin ifrat və yanlış hesab etdikləri davranışlarından şikayət vermək hüquqları var”. Səfir sonda hər kəsi Rusiya və Azərbaycanda millətçi tendensiyaların yayılmasının qarşısını almağa çağırıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info