2014-cü ilin sonuna kimi “ASAN xidmət” bütün ölkəni əhatə edəcək
Tarix: 18.10.2013 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


“Şəffaflığın və informasiya azadlığının təmin edilməsi” mövzusunda təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra edilməsinə dair “Şəffaflığın və informasiya azadlığının təmin edilməsi” mövzusunda təlim keçirib.
Təlimdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov da iştirak edib. Öncə A. Şəfərxanlı “İnsan hüquqlarının müdafiəsi, korrupsiya ilə mübarizə və bu sahələrdə Ombudsman Aparatının fəaliyyəti ilə bağlı təlim iştirakçılarını məlumatlandırıb, Ombudsman Aparatının fəaliyyət planı barədə, müvəkkilin keçirdiyi görüşlər barədə danışıb. “ASAN xidmət- Azərbaycanın yeni brendi” mövzusunda A. Hüseynov çıxış edib. O bildirib ki, “ASAN xidmət” vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalmasını, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunmasını, dövlət strukturlarına etimadın daha da gücləndirilməsini, şəffaflığın artırılmasını təşkil edir: “Bu yaxınlarda Gəncə şəhərində də “ASAN xidmət” fəaliyyətə başlayacaq. Ümumiyyətlə, 2014-cü ilin sonuna kimi bu xidmət növü bütün ölkə ərazisini əhatə edəcək”. Daha sonra “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na dair AQUPDK-nın hüquq şöbəsinin məsləhətçisi Tural Hüseynzadə məlumat verib. Tədbirin sonunda AQUPDK-nın İnformasiya və Analitik Araşdırmalar şöbəsinin aparıcı məsləhətçisi Şamo Salayev Komitənin elektron hökumət istiqamətindəki fəaliyyəti barədə təqdimatla çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info