Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlükdən imtina edib
Tarix: 19.10.2013 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlükdən imtina edib.
Bu barədə Səudiyyə Ərəbistan Xarici İşlər Nazirliyin yaydığı bəyanatda deyilir ki, krallıq BMT TŞ-nin qeyri-daimi üzv seçilməkdən qürur duyur və bu hadisəyə şaddır. Lakin Səudiyyə Ərəbistanı hesab edir ki, BMT TŞ-nin iş üsulları və mexanizmləri, orada mövcud olan ikili standartlar bu təşkilata öz öhdəliklərini icra etməyə, beynəlxalq sülhün təmin edilməsi ilə bağlı məsuliyyətini daşımağa imkan vermir: “Belə vəziyyət ona gətirib ki, dünyada qeyri-stabillilik müşahidə olunur, xalqların hüquqları pozulur, münaqişələr, müharibələr yayılır. Təəssüflər olsun ki, BMT TŞ-də dəyişikliklərin aparılması ilə bağlı bütün beynəlxalq səylər, dünyada sülh və təhlükəsizlik problemlərin həll edilməsində bu qurumun rolunu qaytara biləcək islahatların reallaşdırılmasına gətirib çıxarmayıb”. BMT TŞ-nin qeyri-effektiv roluna misal kimi rəsmi Ər-Riyad son 65 il ərzində həll olunmayan və bir neçə müharibəyə səbəb olan Fələstin problemini gətirib. Eyni zamanda Səudiyyə Ərəbistanının qənaətinə görə, BMT TŞ Yaxın Şərq regionunu kütləvi qırğın silahından azad zonaya çevirməyi və Suriyada müharibəni dayandırmağı bacarmayıb. Qeyd edək ki, oktyabrın 17-də BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvlüyünə növbəti seçkilər keçirilib və nəticələrə əsasən, Nigeriya, Çad, Səudiyyə Ərəbistanı, Litva və Çili 1 yanvar 2014-cü ildən Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvü olacaqlar. Onlar Mərakeş, Toqo, Pakistan, Azərbaycan və Qvatemalanı əvəzləyəcəklər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info