Bəzi ixtisaslara qəbul imtahansız, yalnız attestat qiymətləri ilə aparılacaq
Tarix: 19.10.2013 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


“2015-ci ildən etibarən qəbul qaydalarına ediləcək dəyişiklərə əsasən, buraxılış imtahanlarında fənlərin sayı artırılacaq. Buraxılış imtahanlarında fənlərin sayının artırılması ilk növbədə qəbul imtahanlarında fənlərin sayının azalmasına təsir göstərəcək. Sonradan isə Azərbaycanda bəzi ixtisaslara qəbul imtahansız, yalnız attestat qiymətləri ilə qəbul aparılacaq”.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, gələcək illərdə müəyyən ixtisaslara-xüsusilə kənd təsərrüfatına buraxılış imtahanlarının nəticələrinə əsasən qəbul olmaq mümkün olacaq. TQDK sədrinin sözlərinə görə, bu yeniliklər yalnız həmin ilin məzunlarına tətbiq olunacaq: “Nəzərə almaq lazımdır ki, hər il imtahanda 100 min nəfər iştirak edirsə, onlardan 50 mini əvvəlki illərin məzunları olur. Əvvəlki illərin məzunlarının qiymətlərini isə bu prosesdə nəzərə ala bilməyəcəyik. Çünki onların nəticələri həmin ilin məzunlarının nəticələrinə uyğun olmayacaq. Ona görə də əvvəlki illərin məzunları ali məktəbə qəbul üçün mütləq qəbul imtahanı verməlidir”. M. Abbaszadə qeyd edib ki, attestat qiymətlərinin ali məktəbə qəbul zamanı nəzərə alınması mütəmadi olaraq həyata keçiriləcək. Bu proses ilk növbədə ölkə iqtisadiyyatında tələbat olan, lakin müsabiqə vəziyyəti aşağı ixtisaslarda tətbiq ediləcək: “Azərbaycanda kənd təsərrüfatı sahəsində mütəxəssis çatışmır. Bu il ali məktəblərdə həmin ixtisaslar üzrə 500-ə yaxın yer boş qalıb. Bu da çox ciddi nöqsandır. Gənclər həmin sahəyə getmirlər. Abituriyentlər ilk növbədə müsabiqə vəziyyəti aşağı olan ixtisaslara attestat qiymətləri ilə qəbul olunsa, bəlkə onları bu ixtisaslara cəlb edə bilərik”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info